https://sputnik.az/20220511/kur-cayinin-yuxari-axininda-suyun-seviyyesi-azalib-441827492.html
Kür çayının yuxarı axınında suyun səviyyəsi azalıb
Kür çayının yuxarı axınında suyun səviyyəsi azalıb
Sputnik Azərbaycan
Hazırda məntəqədə su sərfi 630 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 84 faizinə bərabərdir. 11.05.2022, Sputnik Azərbaycan
2022-05-11T15:04+0400
2022-05-11T15:04+0400
2022-05-11T15:04+0400
azərbaycan xəbərləri
azərbaycan
kür çayı
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
ekologiya
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330171_0:160:3073:1888_1920x0_80_0_0_dd8e73e8a184bbd465104780a9efbf2e.jpg
BAKI, 11 may — Sputnik. Mayın 11-də Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar məntəqəsində suyun səviyyəsi dəyişməyib.Suyun səviyyəsi Lənkərançay-Sifidorda 30, Təngərüdçay-Vaqoda 25, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Gəncəçay-Zurnabadda 14, Şəmkirçay-Qalakənddə 3 santimetr artıb, Kürəkçay-Çaykənd məntəqəsində dəyişməyib.Zəyəmçay-Ağbaşlar məntəqəsində 5, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltıda 2, Qusarçay-Kuzun məntəqəsində isə 3 santimetr azalıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 53 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 630 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 84 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 48 faiz çoxdur.Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 361 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 178 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 58 faiz çoxdur.Kür-Surra məntəqəsində suyun səviyyəsi 50 santimetr artaraq 520 santimetr, su sərfi isə saniyədə 289 kubmetr olub. Məntəqədə orta su sərfi mayın 10-da 247 kubmetr/saniyə, maksimal su sərfi saat 20:00-da saniyədə 267 kubmetr təşkil edib.Kür-Şirvanda suyun səviyyəsi 64 santimetr artaraq 259 santimetr olub. Məntəqədə orta səviyyə mayın 10-da 215 santimetr, maksimal səviyyə isə saat 20:00-da 235 santimetr təşkil edib.Kür-Bankədə suyun səviyyəsi 2 santimetr artaraq 120 santimetr, su sərfi 40,7 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi mayın 10-da 58,6 kubmetr/saniyə, maksimal su sərfi saat 08:00-da saniyədə 58,8 kubmetr edib.Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211019/ekologiya-nazirliyi-baliq-ovunda-sintetik-torlardan-istifadeye-son-qoyulmalidir-434363636.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330171_170:0:2901:2048_1920x0_80_0_0_bf902675d27cfcaccec6b3ea23c78898.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, kür çayı, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, ekologiya
azərbaycan, kür çayı, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, ekologiya
Kür çayının yuxarı axınında suyun səviyyəsi azalıb
Hazırda məntəqədə su sərfi 630 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 84 faizinə bərabərdir.
BAKI, 11 may — Sputnik. Mayın 11-də Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar məntəqəsində suyun səviyyəsi dəyişməyib.
Suyun səviyyəsi Lənkərançay-Sifidorda 30, Təngərüdçay-Vaqoda 25, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Gəncəçay-Zurnabadda 14, Şəmkirçay-Qalakənddə 3 santimetr artıb, Kürəkçay-Çaykənd məntəqəsində dəyişməyib.
Zəyəmçay-Ağbaşlar məntəqəsində 5, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltıda 2, Qusarçay-Kuzun məntəqəsində isə 3 santimetr azalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 53 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 630 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 84 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 48 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 361 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 178 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 58 faiz çoxdur.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 50 santimetr artaraq 520 santimetr, su sərfi isə saniyədə 289 kubmetr olub. Məntəqədə orta su sərfi mayın 10-da 247 kubmetr/saniyə, maksimal su sərfi saat 20:00-da saniyədə 267 kubmetr təşkil edib.
Kür-Şirvanda suyun səviyyəsi 64 santimetr artaraq 259 santimetr olub. Məntəqədə orta səviyyə mayın 10-da 215 santimetr, maksimal səviyyə isə saat 20:00-da 235 santimetr təşkil edib.
Kür-Bankədə suyun səviyyəsi 2 santimetr artaraq 120 santimetr, su sərfi 40,7 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi mayın 10-da 58,6 kubmetr/saniyə, maksimal su sərfi saat 08:00-da saniyədə 58,8 kubmetr edib.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.