https://sputnik.az/20220520/kurulus-osmanda-susadan-behs-edildi-442109115.html
"Kuruluş Osman"da Şuşadan bəhs edildi
"Kuruluş Osman"da Şuşadan bəhs edildi
Sputnik Azərbaycan
Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın həyatından bəhs edən filmdə Burak Özçivitin canlandırdığı Osman bəy "Şərqdəki Şuşa da bizimdir"... 20.05.2022, Sputnik Azərbaycan
2022-05-20T21:50+0400
2022-05-20T21:50+0400
2022-05-20T21:50+0400
şuşa
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945067_0:103:2000:1228_1920x0_80_0_0_31489173add76ca294280faf3322eabd.jpg
BAKI, 20 may — Sputnik. Türkiyənin reytinqli seriallarından biri "Kuruluş Osman"da növbəti dəfə Azərbaycanla bağlı səhnəyə yer verilib.Ekran işinin ötən həftəki bölümündə Burak Özçivitin canlandırdığı Osman bəy Şuşanın adını çəkir.O, başına toplaşan əsgərlərinə "Şərqdəki Şuşa da bizimdir" sözlərini deyir.Qeyd edək ki, serialda həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.Məlumat üçün bildirək ki, serial 20 noyabr 2019-cu ildə başlayıb və davam edir. "Kuruluş Osman" serialı "Diriliş Ərtoğrul" serialının davamıdır. Serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın (Osman Qazi / Osman bəy) həyatından bəhs edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220514/azerbaycanda-dunya-arenasina-cixarilacaq-kinorejissorlar-var---emekdar-artist-441836242.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945067_114:0:1887:1330_1920x0_80_0_0_70ac941cd5c3ec9a112c8ce81345663f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa
"Kuruluş Osman"da Şuşadan bəhs edildi
Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın həyatından bəhs edən filmdə Burak Özçivitin canlandırdığı Osman bəy "Şərqdəki Şuşa da bizimdir" sözlərini deyir
BAKI, 20 may — Sputnik. Türkiyənin reytinqli seriallarından biri "Kuruluş Osman"da növbəti dəfə Azərbaycanla bağlı səhnəyə yer verilib.
Ekran işinin ötən həftəki bölümündə Burak Özçivitin canlandırdığı Osman bəy Şuşanın adını çəkir.
O, başına toplaşan əsgərlərinə "Şərqdəki Şuşa da bizimdir" sözlərini deyir.
Qeyd edək ki, serialda həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.
Məlumat üçün bildirək ki, serial 20 noyabr 2019-cu ildə başlayıb və davam edir. "Kuruluş Osman" serialı "Diriliş Ərtoğrul" serialının davamıdır. Serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın (Osman Qazi / Osman bəy) həyatından bəhs edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.