Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürüb

© AP Photo / Alex BrandonDövlət sərhədi, arxiv şəkli
Dövlət sərhədi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
İran sərhədçiləri tərəfindən güllələnərək öldürülən Azərbaycan vətəndaşının cənazəsi ötən gün ailə üzvlərinə təhvil verilib
BAKI, 19 may — Sputnik. İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.
Məlumatda bildirilir ki, mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sərhədçilər tərəfindən götürülən silah və narkotik - Sputnik Azərbaycan, 1920, 18.05.2022
HADİSƏ
Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıblar- FOTO
Xəbər lenti
0