Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionatı hakimlərinin adları açıqlanıb

© AFP 2023 / ODD ANDERSENreferi
referi - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Noyabrın 21-də başlayacaq dünya çempionatını idarə edəcək hakimlərin adları açıqlanıb.
BAKI, 19 may — Sputnik. FİFA bu il Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına təyinat alacaq hakimlərin adlarını açıqlayıb.
FİFA-nın rəsmi saytının yaydığı xəbərə görə, siyahıda 36 əsas, 69 köməkçi və 24 VAR hakimi yer alıb. FİFA-nın türkiyəli məşhur hakimi Cüneyt Çakır isə mundialdan kənarda qalıb.
Qeyd edək ki, turnir Seneqal və Niderland millisinin oyunu ilə başlayacaq. Matç noyabrın 21-i Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. DÇ-2022-nin final qarşılaşması isə dekabrın 18-də baş tutacaq.
Qeyd edək ki, bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır. Bununla bağlı Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Qətərdəki Azərbaycan icmasının sədri Eldəgiz Rəfibəyli mediaya açıqlamasında bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0