https://sputnik.az/20220518/nazirlik-saatlida-21-sagirdin-mektebden-uzaqlasdirilmasi-meselesi-ile-bagli-aciqlama-yayib-442016043.html
Nazirlik Saatlıda 21 şagirdin məktəbdən uzaqlaşdırılması məsələsi ilə bağlı açıqlama yayıb
Nazirlik Saatlıda 21 şagirdin məktəbdən uzaqlaşdırılması məsələsi ilə bağlı açıqlama yayıb
Sputnik Azərbaycan
Sosial şəbəkədə və bəzi media quruluşlarında yayılmış xəbərə Təhsil Nazirliyi rəsmi reaksiya verib. 18.05.2022, Sputnik Azərbaycan
2022-05-18T09:56+0400
2022-05-18T09:56+0400
2022-05-18T09:56+0400
təhsil
təhsil
şagird
məktəb
uzaqlaşdırma
saatlı rayonu
kənd
orta məktəb
https://cdnn1.img.sputnik.az/img/42032/57/420325797_0:78:3001:1766_1920x0_80_0_0_c1f48dc78747ab999559fdea30f34c1f.jpg
BAKI, 18 may - Sputnik. 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında zəif nəticə göstərmiş Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdinin məktəbdən uzaqlaşdırılmaları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Təhsil Qanununun 19-cu Maddəsinin 14-cü bəndinə əsasən ümumi orta təhsil pilləsi (9 illik) icbari hesab olunur."Tam orta təhsil əldə etmək üçün valideyn və ya şagirdin istəyi nəzərə alınır. Şagirdin tam orta təhsil alması üçün əvvəl ümumi orta təhsil aldığı məktəbin adi sinfində (valideyn ərizəsi əsasında birbaşa elektron qaydada), buraxılış imtahanında əldə etdiyi qiymət imkan verdiyi halda təmayül sinfində və ya yaşadığı rayonun digər məktəblərində yerdəyişmə yolu ilə təhsilini davam etdirmək hüququ vardır və bu heç bir halda məhdudlaşdırılmır.Əlavə olaraq onu da qeyd edək ki, tam orta təhsil pilləsinə qəbul valideynlərin ərizələri əsasında cari ilin avqust ayında start götürəcəkdir. Son olaraq bildiririk ki, hal-hazırkı vəziyyətdə adı qeyd olunan məktəbin 9-cu sinif şagirdlərindən bir nəfər də olsun xaric edilməyib və yayılan məlumatlar yalan və əsassızdır" - deyə qeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220421/tehsil-nazirliyi-mekteblerin-internete-cixisini-tam-temin-etmeyib-441310002.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42032/57/420325797_0:0:2695:2021_1920x0_80_0_0_f45c40ba09149ebcbd22a3e23808f0c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təhsil, şagird, məktəb, uzaqlaşdırma, saatlı rayonu, kənd, orta məktəb
təhsil, şagird, məktəb, uzaqlaşdırma, saatlı rayonu, kənd, orta məktəb
Nazirlik Saatlıda 21 şagirdin məktəbdən uzaqlaşdırılması məsələsi ilə bağlı açıqlama yayıb
Sosial şəbəkədə və bəzi media quruluşlarında yayılmış xəbərə Təhsil Nazirliyi rəsmi reaksiya verib.
BAKI, 18 may - Sputnik. 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında zəif nəticə göstərmiş Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdinin məktəbdən uzaqlaşdırılmaları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Təhsil Qanununun 19-cu Maddəsinin 14-cü bəndinə əsasən ümumi orta təhsil pilləsi (9 illik) icbari hesab olunur.
"Tam orta təhsil əldə etmək üçün valideyn və ya şagirdin istəyi nəzərə alınır. Şagirdin tam orta təhsil alması üçün əvvəl ümumi orta təhsil aldığı məktəbin adi sinfində (valideyn ərizəsi əsasında birbaşa elektron qaydada), buraxılış imtahanında əldə etdiyi qiymət imkan verdiyi halda təmayül sinfində və ya yaşadığı rayonun digər məktəblərində yerdəyişmə yolu ilə təhsilini davam etdirmək hüququ vardır və bu heç bir halda məhdudlaşdırılmır.
Əlavə olaraq onu da qeyd edək ki, tam orta təhsil pilləsinə qəbul valideynlərin ərizələri əsasında cari ilin avqust ayında start götürəcəkdir. Son olaraq bildiririk ki, hal-hazırkı vəziyyətdə adı qeyd olunan məktəbin 9-cu sinif şagirdlərindən bir nəfər də olsun xaric edilməyib və yayılan məlumatlar yalan və əsassızdır" - deyə qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.