https://sputnik.az/20220421/tehsil-nazirliyi-mekteblerin-internete-cixisini-tam-temin-etmeyib-441310002.html
Təhsil Nazirliyi məktəblərin internetə çıxışını tam təmin etməyib
Təhsil Nazirliyi məktəblərin internetə çıxışını tam təmin etməyib
Sputnik Azərbaycan
Altı il ərzində “hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi” bəndi tam icra olunmayıb. 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T21:07+0400
2022-04-21T21:07+0400
2022-04-21T21:07+0400
elm və təhsil nazirliyi
təhsil
yoxlama
internet
pandemiya
https://cdnn1.img.sputnik.az/img/42032/57/420325797_0:78:3001:1766_1920x0_80_0_0_c1f48dc78747ab999559fdea30f34c1f.jpg
BAKI, 21 aprel — Sputnik. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" tam icra edilməyib. 2019-cu ildə ölkədəki ümumtəhsil müəssisələrinin 79,7%-i, 2020-ci ildə isə 75,4%-i internetə çıxışla təmin olunub, bununla da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş 2015-2020-ci illərdə “hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi” bəndinin icrası təmin edilməyib.Bu barədə Hesablama Palatasının apardığı yoxlamalarla bağlı hesabatda qeyd olunub.Bildirilib ki, "E-test.edu.az və e-sinif.edu.az veb-saytlarında təhlükəsizlik mexanizmlərinin olmaması və istifadəçi saylarının uçotunun aparılmaması, habelə auditlə əhatə olunan dövrdə onlara vizual yeniliklərin edilməməsi, e-test.edu.az saytında müşahidə edilən vizual qüsurların aradan qaldırılmaması, e-resurs.edu.az veb-saytının yalnız xarici keçidlərdən ibarət olması, e-Olimp veb-saytına texniki dəstəyin könüllülər tərəfindən göstərilməsi fonunda İdarə tərəfindən buna dair hesabatlılığın təmin edilməməsi qeyd edilən resurslara texniki dəstək məqsədilə İdarə tərəfindən xərc edilən vəsaitin konkret olaraq hansı işlərə sərf edildiyini müəyyənləşdirməyə imkan verməyib.Qeyd olunub ki, nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən ölkə başçısının 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"ndakı tədbirlər də tam yerinə yetirilməyib.Nəticə olaraq qeyd olunur ki, pandemiya şəraitində təhsilin davamlılığının təmin edilməsi ilə bağlı mühüm addımlar atılıb, bununla yanaşı strateji planlaşdırma işinin zəif təşkil edilməsi və fəaliyyət üzrə indikatorların müəyyən olunmaması fəaliyyətin nəticəliliyinin ədalətlilik prinsipləri əsasında qiymətləndirilməsinə şərait yaratmayıb. Eləcə də, bu sahədə ehtiyacların ödənilməsi istiqamətində tədbirlərin icrası prosesində müasir çağırışlara cavab verən beynəlxalq təcrübədə tətbiq olunan yanaşmaların istifadə olunmaması, həmçinin potensial imkanların reallaşdırılmaması dövlət resurslarının səmərəli, qənaətli və nəticəli istifadəsini, bununla da tədbirlərlə əhatə dairəsini məhdudlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42032/57/420325797_0:0:2695:2021_1920x0_80_0_0_f45c40ba09149ebcbd22a3e23808f0c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elm və təhsil nazirliyi, yoxlama, internet, pandemiya
elm və təhsil nazirliyi, yoxlama, internet, pandemiya
Təhsil Nazirliyi məktəblərin internetə çıxışını tam təmin etməyib
Altı il ərzində “hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi” bəndi tam icra olunmayıb.
BAKI, 21 aprel — Sputnik. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" tam icra edilməyib. 2019-cu ildə ölkədəki ümumtəhsil müəssisələrinin 79,7%-i, 2020-ci ildə isə 75,4%-i internetə çıxışla təmin olunub, bununla da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş 2015-2020-ci illərdə “hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi” bəndinin icrası təmin edilməyib.
Bu barədə Hesablama Palatasının apardığı yoxlamalarla bağlı hesabatda qeyd olunub.
Bildirilib ki, "E-test.edu.az və e-sinif.edu.az veb-saytlarında təhlükəsizlik mexanizmlərinin olmaması və istifadəçi saylarının uçotunun aparılmaması, habelə auditlə əhatə olunan dövrdə onlara vizual yeniliklərin edilməməsi, e-test.edu.az saytında müşahidə edilən vizual qüsurların aradan qaldırılmaması, e-resurs.edu.az veb-saytının yalnız xarici keçidlərdən ibarət olması, e-Olimp veb-saytına texniki dəstəyin könüllülər tərəfindən göstərilməsi fonunda İdarə tərəfindən buna dair hesabatlılığın təmin edilməməsi qeyd edilən resurslara texniki dəstək məqsədilə İdarə tərəfindən xərc edilən vəsaitin konkret olaraq hansı işlərə sərf edildiyini müəyyənləşdirməyə imkan verməyib.
Qeyd olunub ki, nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən ölkə başçısının 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"ndakı tədbirlər də tam yerinə yetirilməyib.
Nəticə olaraq qeyd olunur ki, pandemiya şəraitində təhsilin davamlılığının təmin edilməsi ilə bağlı mühüm addımlar atılıb, bununla yanaşı strateji planlaşdırma işinin zəif təşkil edilməsi və fəaliyyət üzrə indikatorların müəyyən olunmaması fəaliyyətin nəticəliliyinin ədalətlilik prinsipləri əsasında qiymətləndirilməsinə şərait yaratmayıb. Eləcə də, bu sahədə ehtiyacların ödənilməsi istiqamətində tədbirlərin icrası prosesində müasir çağırışlara cavab verən beynəlxalq təcrübədə tətbiq olunan yanaşmaların istifadə olunmaması, həmçinin potensial imkanların reallaşdırılmaması dövlət resurslarının səmərəli, qənaətli və nəticəli istifadəsini, bununla da tədbirlərlə əhatə dairəsini məhdudlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.