https://sputnik.az/20220515/premyer-liqada-novbeti-turun-qarsilasmalari-kecirilib-441950641.html
Premyer Liqada növbəti turun qarşılaşmaları keçirilib
Premyer Liqada növbəti turun qarşılaşmaları keçirilib
Sputnik Azərbaycan
Sonuncu - XXVIII turda şempionatın bürünc medallarının taleyi həll olunacaq. Üçüncü yer uğrunda "Zirə" və "Qəbələ" komandaları mübarizə aparacaqlar. 15.05.2022, Sputnik Azərbaycan
2022-05-15T20:22+0400
2022-05-15T20:22+0400
2022-05-15T20:22+0400
idman
premyer liqa
azərbaycan
oyun
futbol
https://cdnn1.img.sputnik.az/img/07e5/01/15/426024766_0:0:1000:563_1920x0_80_0_0_190ba7fe0c1bfa5973a8db3f437761d7.jpg
BAKI, 15 may - Sputnik. Mayın 15-də Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib. Azərtac-ın xəbərinə görə, bütün qarşılaşmalar eyni saatda başlayıb."Qəbələ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 25-ci dəqiqədə Emil Səfərov vurub. "Sabah" isə doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. "Gənclik şəhəri" təmsilçisindən Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərindən isə 90+5-ci dəqiqədə penaltidən Kristian Sebalyos 90+6-cı dəqiqədə Aleksey Kaşuk adını tabloya yazdırıb.Çempionatın lideri "Qarabağ" səfərdə "Səbail"i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci və Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb - 3:0. Gümüş medalları təmin etmiş "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. "Qartallar"ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.Bu nəticələrdən sonra "Zirə" və "Qəbələ" komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib. Bu iki komanda ilə yanaşı, "Neftçi" də sözügedən turnirdə mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.Sona bir tur qalmış lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb, "Neftçi" 50 xalda qalıb. "Zirə" və "Qəbələ" 44 xalla 3-4-cü yerləri bölüşdürür. Avrokubokdan məhrum olan "Sabah" 39 xalla 5-ci yerdədir. 21 xala malik komandalardan "Sumqayıt" və "Şamaxı" 6-7-ci pillədədir. Son sıradakı "Səbail"in isə 15 xalı var.Premyer Liqanın sonuncu - XXVIII turunda bürünc medalın taleyinə aydınlıq gələcək. Üçüncü yer uğrunda "Zirə" və "Qəbələ" komandaları mübarizə aparacaq. Paytaxt təmsilçisi "Şamaxı"nı, bölgə klubu ilə "Sabah"ı qəbul edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/15/426024766_71:0:859:591_1920x0_80_0_0_052ae1719ca39f8c5511abfa4fa57e05.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
premyer liqa, azərbaycan, oyun, futbol
premyer liqa, azərbaycan, oyun, futbol
Premyer Liqada növbəti turun qarşılaşmaları keçirilib
Sonuncu - XXVIII turda şempionatın bürünc medallarının taleyi həll olunacaq. Üçüncü yer uğrunda "Zirə" və "Qəbələ" komandaları mübarizə aparacaqlar.
BAKI, 15 may - Sputnik. Mayın 15-də Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib. Azərtac-ın xəbərinə görə, bütün qarşılaşmalar eyni saatda başlayıb.
"Qəbələ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 25-ci dəqiqədə Emil Səfərov vurub. "Sabah" isə doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. "Gənclik şəhəri" təmsilçisindən Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərindən isə 90+5-ci dəqiqədə penaltidən Kristian Sebalyos 90+6-cı dəqiqədə Aleksey Kaşuk adını tabloya yazdırıb.
Çempionatın lideri "Qarabağ" səfərdə "Səbail"i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci və Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb - 3:0. Gümüş medalları təmin etmiş "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. "Qartallar"ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.
Bu nəticələrdən sonra "Zirə" və "Qəbələ" komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib. Bu iki komanda ilə yanaşı, "Neftçi" də sözügedən turnirdə mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.
Sona bir tur qalmış lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb, "Neftçi" 50 xalda qalıb. "Zirə" və "Qəbələ" 44 xalla 3-4-cü yerləri bölüşdürür. Avrokubokdan məhrum olan "Sabah" 39 xalla 5-ci yerdədir. 21 xala malik komandalardan "Sumqayıt" və "Şamaxı" 6-7-ci pillədədir. Son sıradakı "Səbail"in isə 15 xalı var.
Premyer Liqanın sonuncu - XXVIII turunda bürünc medalın taleyinə aydınlıq gələcək. Üçüncü yer uğrunda "Zirə" və "Qəbələ" komandaları mübarizə aparacaq. Paytaxt təmsilçisi "Şamaxı"nı, bölgə klubu ilə "Sabah"ı qəbul edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.