Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Beynəlxalq mahnı müsabiqəsi başa çatdı

© AFP 2024 / Marco BERTORELLOНадир Рустамлы
Надир Рустамлы - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Abunə olmaq
Təmsilçimiz Nadir Rüstəmli müsabiqənin mayın 13-də keçirilən ikinci yarımfinalında səsvermədən sonra ilk onluğa daxil olaraq finalda mübarizə aparmağa haqq qazanmışdı.
BAKI, 15 may - Sputnik. İtaliyanın Turin şəhərində 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsi başa çatıb.
Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.
Müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb.
Yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.
Builki yarışmanın şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli “Rai” telekanalının təşkilatçılığı ilə keçirilib.
Надир Рустамли во время выступления во втором полуфинале конкурса Евровидение - 2022 - Sputnik Azərbaycan, 1920, 13.05.2022
MƏDƏNİYYƏT
Nadir Rüstəmli "Eurovision 2022" mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb - VİDEO
Xəbər lenti
0