Nadir Rüstəmli "Eurovision 2022" mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb - VİDEO
Nadir Rüstəmli "Eurovision 2022" mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb - VİDEO
Sputnik Azərbaycan
Azərbaycan təmsilçisi Nadir Rüstəmli şənbə günü, mayın 14-də keçiriləcək "Eurovision 2022" beynəlxalq mahnı müsabiqəsinin finalında iştirak edəcək. 13.05.2022, Sputnik Azərbaycan
BAKI, 12 may — Sputnik. İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İkinci yarımfinal mərhələsində Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış ediblər. Azərbaycan təmsilçisi Nadir Rüstəmli şənbə günü, mayın 14-də keçiriləcək "Eurovision 2022" beynəlxalq mahnı müsabiqəsində finala vəsiqə qazanıb. Tədbir ənənəvi olaraq İctimai Televiziya tərəfindən canlı yayımlanıb.Dizayner Françeska Montinaronun qısa müddət ərzində yaratdığı səhnədə 18 ölkədən ifaçılar çıxış edib. Layihəyə yenidən Laura Pauzini, Alessandro Kattelan və Mika aparıcılıq edib. Birinci yarımfinaldan fərqli olaraq, bu dəfə rəqiblər çox güclü idilər. Bukmeykerlərin məlumatına görə, onların arasında nəinki finala çıxacaq, hətta müsabiqənin ən yaxşı on iştirakçısı sırasına düşəcək müğənnilər də az deyil.Nadir sıralama ilə dördüncü çıxış edib. O, Tomas Stenqaard (Danimarka) və Andreas Stounun (İsveç) "Fade To Black" kompozisiyasını təqdim edib. Müğənninin səhnə nömrəsini məşhur danimarkalı Mads Enqaard, geyimini isə dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb.Bu dəfə yalnız təmsilçiləri səhnədə çıxış edən ölkələrin vətəndaşları səs verə bilərdilər. Tamaşaçıların səsverməsi iştirakçıların bütün çıxışları bitdikdən sonra 15 dəqiqəlik müddətdə həyata keçirilib. Azərbaycanlılar həmçinin ölkənin bütün mobil operatorlarından İctimai Televiziya kanalında yayımlanan nömrəyə SMS göndərə bilərdilər.Tamaşaçıların səsverməsinin nəticələrinə görə, finala təkcə Rüstəmli deyil, digər doqquz ölkənin nümayəndələri də keçib. Toplanan səslərə görə sıralama belə olub: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya.Xatırladaq ki, birinci yarımfinalda İsveçrə, İslandiya, Yunanıstan, Norveç, Ukrayna, Litva, Portuqaliya, Moldova, Ermənistan və Hollandiyadan olan iştirakçılar müsabiqənin final hissəsində çıxış etmək hüququ qazanıblar.Mayın 14-də baş tutacaq müsabiqənin finalında 25 ölkə - hər yarımfinaldan on ölkə və "Böyük beşlik" ölkələri – Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa iştirak edəcək.Xatırladaq ki, İtaliya Maneskin qrupunun ötən il "Zitti e buoni" mahnısı ilə qələbəsi sayəsində "Eurovision 2022"yə ev sahibliyi etmək hüququ qazanıb. "Eurovision" Mahnı Müsabiqəsi 30 illik fasilədən sonra İtaliyada keçirilib. Ümumilikdə müsabiqədə 40 ölkənin nümayəndələri iştirak edir - bu il Rusiya təmsil olunmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Nadir Rüstəmli "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxışı zamanı.
İkinci yarımfinal mərhələsində Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış ediblər.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli şənbə günü, mayın 14-də keçiriləcək "Eurovision 2022" beynəlxalq mahnı müsabiqəsində finala vəsiqə qazanıb. Tədbir ənənəvi olaraq İctimai Televiziya tərəfindən canlı yayımlanıb.
Dizayner Françeska Montinaronun qısa müddət ərzində yaratdığı səhnədə 18 ölkədən ifaçılar çıxış edib. Layihəyə yenidən Laura Pauzini, Alessandro Kattelan və Mika aparıcılıq edib. Birinci yarımfinaldan fərqli olaraq, bu dəfə rəqiblər çox güclü idilər. Bukmeykerlərin məlumatına görə, onların arasında nəinki finala çıxacaq, hətta müsabiqənin ən yaxşı on iştirakçısı sırasına düşəcək müğənnilər də az deyil.
Nadir sıralama ilə dördüncü çıxış edib. O, Tomas Stenqaard (Danimarka) və Andreas Stounun (İsveç) "Fade To Black" kompozisiyasını təqdim edib. Müğənninin səhnə nömrəsini məşhur danimarkalı Mads Enqaard, geyimini isə dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb.
Bu dəfə yalnız təmsilçiləri səhnədə çıxış edən ölkələrin vətəndaşları səs verə bilərdilər. Tamaşaçıların səsverməsi iştirakçıların bütün çıxışları bitdikdən sonra 15 dəqiqəlik müddətdə həyata keçirilib. Azərbaycanlılar həmçinin ölkənin bütün mobil operatorlarından İctimai Televiziya kanalında yayımlanan nömrəyə SMS göndərə bilərdilər.
Tamaşaçıların səsverməsinin nəticələrinə görə, finala təkcə Rüstəmli deyil, digər doqquz ölkənin nümayəndələri də keçib. Toplanan səslərə görə sıralama belə olub: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya.
Xatırladaq ki, birinci yarımfinalda İsveçrə, İslandiya, Yunanıstan, Norveç, Ukrayna, Litva, Portuqaliya, Moldova, Ermənistan və Hollandiyadan olan iştirakçılar müsabiqənin final hissəsində çıxış etmək hüququ qazanıblar.
Mayın 14-də baş tutacaq müsabiqənin finalında 25 ölkə - hər yarımfinaldan on ölkə və "Böyük beşlik" ölkələri – Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa iştirak edəcək.
Xatırladaq ki, İtaliya Maneskin qrupunun ötən il "Zitti e buoni" mahnısı ilə qələbəsi sayəsində "Eurovision 2022"yə ev sahibliyi etmək hüququ qazanıb. "Eurovision" Mahnı Müsabiqəsi 30 illik fasilədən sonra İtaliyada keçirilib. Ümumilikdə müsabiqədə 40 ölkənin nümayəndələri iştirak edir - bu il Rusiya təmsil olunmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.