Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hikmət Hacıyev: "Azərbaycana qarşı qarayaxma kampaniyaları davam edir"

© Photo : REPORTХикмет Гаджиев
Хикмет Гаджиев - Sputnik Azərbaycan, 1920, 14.05.2022
Abunə olmaq
Azərbaycan Prezidentinin köməkçisi İstanbuldan türk dövlətlərinə çağırış edib.
BAKI, 14 may - Sputnik. "Təəssüflər olsun ki, ölkələrimizə qarşı qarayaxma, saxta xəbər kampaniyaları bu gün də davam etməkdədir".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərindən bu hücumlara məruz qalıb: "Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik. Diplomatlarımızın, siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışması nəticəsində haqq-ədaləti dünyaya çatdırmış olduq".
"Bu gün müharibə bitib. Azərbaycan Qarabağda sülh əməlləri həyata keçirdiyi halda, təəssüflər olsun ki, yenə də ölkəmizə qarşı informasiya müharibəsi davam etməkdədir" - Hacıyev deyib.
Onun sözlərinə əsasən, dünya mediasına baxdıqda erməni lobbi təşkilatları tərəfindən yenə də Azərbaycana qarşı qarayaxma kampaniyalarının davam etdiyini görmək mümkündür: "Bu bir daha onu göstərir ki, bu kimi çirkin kampaniyalara qarşı birgə səylərimizi artırmalıyıq".
Prezidentin köməkçisi bildirib ki, Qarabağ və Zəngəzur türk-islam mədəniyyətinin mərkəzlərindən biridir: "Oradakı dağıntıları da siz ötən il öz gözlərinizlə gördünüz. Biz Türk Dövlətləri Təşkilatı olaraq dünyaya əməkdaşlığı, xoş niyyətimizi təqdim edirik. Məqsədimiz də bundan ibarətdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Хикмет Гаджиев и Армен Григорян во время встречи - Sputnik Azərbaycan, 1920, 02.05.2022
SİYASƏT
Hikmət Hacıyev və Armen Qriqoryan arasında Brüsseldə mühüm görüş olub
Xəbər lenti
0