https://sputnik.az/20220502/hikmet-haciyev-ve-armen-qriqoryan-arasinda-brusselde-muhum-gorus-olub-441609849.html
Hikmət Hacıyev və Armen Qriqoryan arasında Brüsseldə mühüm görüş olub
Hikmət Hacıyev və Armen Qriqoryan arasında Brüsseldə mühüm görüş olub
Sputnik Azərbaycan
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətləri, eləcə də ölkə... 02.05.2022, Sputnik Azərbaycan
2022-05-02T19:22+0400
2022-05-02T19:22+0400
2022-05-02T20:43+0400
siyasət
toivo klaar
https://cdnn1.img.sputnik.az/img/07e6/05/02/441609391_0:0:1677:943_1920x0_80_0_0_f6b8ac1fe1edfe56f8d3345d2125c947.jpg
BAKI, 2 may - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün Twitter hesabında bildirib.“Ev sahibliyi edə bildiyimiz üçün şadam. Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə bu formatda ikinci görüş keçirəcək”, - Toivo Klaar qeyd edib.Tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətləri, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəkləri gözlənilir.Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220429/hikmet-haciyev-armen-qriqoryanla-gorusmek-ucun-brussele-gedecek-441556943.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/02/441609391_0:0:1677:1257_1920x0_80_0_0_50adc8df5b9537ab3bea1ef998e0b0a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
toivo klaar
Hikmət Hacıyev və Armen Qriqoryan arasında Brüsseldə mühüm görüş olub
19:22 02.05.2022 (Yenilənib: 20:43 02.05.2022) Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətləri, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəkləri gözlənilir.
BAKI, 2 may - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün Twitter hesabında bildirib.
“Ev sahibliyi edə bildiyimiz üçün şadam. Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə bu formatda ikinci görüş keçirəcək”, - Toivo Klaar qeyd edib.
Tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətləri, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.