Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" 10-cu böyük hesablı qələbəsini qazanıb

© Sputnik / Murad OrujovОтборочный матч чемпионата мира-2022 между футбольными сборными Азербайджана и Люксембурга
Отборочный матч чемпионата мира-2022 между футбольными сборными Азербайджана и Люксембурга - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Bu, son 8 mövsümün rekord göstəricisidir. Daha çox böyükhesablı qələbəyə sonuncu dəfə 2013/2014 mövsümündə təsadüf olunub. Həmin vaxt "Qarabağ" 11 belə nəticəyə imza atıb.
BAKI, 13 may — Sputnik. "Qarabağ" komandası baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 250-ci qələbəsini qazanıb.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir, bu, XVI turdan təxirə salınmış "Sumqayıt"la oyunda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.
2008-ci ilin yayından "Qarabağ"a rəhbərlik edən Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-də qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.
Qurban Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.
***
"Qarabağ" 2021/22 mövsümündə 10-cu dəfə böyük hesabla qələbə qazanıb.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, XVI turdan təxirə salınan "Sumqayıt"la matçda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn kollektiv əvvəlki 25 matçda 9 dəfə üç və ya daha çox top fərqilə üstün olub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Premyer Liqadakı bütün rəqibləri ilə görüşlərdə belə qələbə əldə edib. "Qarabağ" "Neftçi" (4:0), "Zirə" (3:0), "Qəbələ" (5:1), "Sabah" (5:1) və "Şamaxı"nı (8:0) bir, "Səbail"i (3:0, 5:1) iki, "Sumqayıt"ı (4:0, 3:0, 5:0) üç dəfə böyük hesabla üstələyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Футбольный матч Карабах – ПАОК (Греция) - Sputnik Azərbaycan, 1920, 16.01.2018
İDMAN
"Qarabağ" dünyanın ən güclü 100 komandası siyahısında
Xəbər lenti
0