Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

MDB XİN rəhbərlərinin iclası başlayıb

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Düşənbədə keçirilən iclasda regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparılacaq, əsas diqqət bir sıra sahələrdəə məkdaşlığın möhkəmlənməsinə yönələcək.
BAKI, 13 may — Sputnik. Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçirilir.
İclasda regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparacaq.
Xüsusi diqqət beynəlxalq təhlükəsizlik, mədəni, humanitar və elmi sahədə əməkdaşlığın möhkəmlənməsinə yönələcək.
İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir.
Xatırladaq ki, ötən gün MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xarici işlər naziri Ceyhun Bayramov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.05.2022
SİYASƏT
Ceyhun Bayramov Ermənistanın təkliflərini açıqladı
Xəbər lenti
0