https://sputnik.az/20220510/ceyhun-bayramov-ermenistanin-tekliflerini-aciqladi-441790584.html
Ceyhun Bayramov Ermənistanın təkliflərini açıqladı
Ceyhun Bayramov Ermənistanın təkliflərini açıqladı
Sputnik Azərbaycan
XİN rəhbəri bildirib ki, Ermənistan tərəfinin təqdim etdiyi sənəd Azərbaycanın təkliflərinə reaksiya formasında idi. 10.05.2022, Sputnik Azərbaycan
2022-05-10T12:11+0400
2022-05-10T12:11+0400
2022-05-10T12:11+0400
siyasət
ceyhun bayramov
xin
təklif
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0a/439010576_0:95:1000:658_1920x0_80_0_0_17adf7b4add1e9dc9c9960cd6465a20e.jpg
BAKI, 10 may — Sputnik. "Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsipləri üzrə 5 baza prinsipini təqdim etmişdi. Ermənistan isə bu prinsiplərin onlar üçün uyğun olmadığını bildirmişdi". Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, daha sonra Ermənistanın Azərbaycanın 5 təklifinə qarşı 6 təklifi barədə xəbərlər yayılmışdı:"Ancaq maraqlısı bundan ibarətdir ki, hər kəs Ermənistanın qəbul etdiyi sənədi görüb. Sənədə baxarkən görünür ki, bu, təkliflər adlandırıla bilməz. Həmin sənəd təqdim olunan zaman da Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi. Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlndırmaq olar".XİN rəhbəri deyib ki, növbəti bənd ondan ibarətdir ki, həmin sənədin bəndlərindən biri indiyə kimi üçtərəfli üç – 9 noyabr, 11 yanvar və 26 noyabr bəyanatları sadalanır və onların icrasının vacibliyi qeyd olunur:"Bu da yenə sual doğurmayan məqam deyil. Sənədlər mövcuddur və təbii ki, onlar icra olunmalıdır. Digər bənd odur ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir. Bu həmin o məqamda baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupu həmsədləri arasında heç bir əlaqə yoxdur və demək olar ki, bu qrup iflic vəziyyətdədir. Mən sizə həmin 6 bəndin 4-nü sadaladım. İndi siz özünüz də bu qənaətə gələ bilərsiniz ki, bunları nə qədər təklif adlandırmaq olar? Ermənistan tərəfi özü də sənəd qəbul olunarkən onu heç bir təklif forması adlandırmırdı. Onu Azərbaycan təkliflərinə reaksiya adlandırırdı. Artıq indi bəzi fərqli məqamlar var. Azərbaycanın mövqeyini bilirsiniz. Məhz onun təməlini təşkil edən prinsiplər bəyan edilib. Azərbaycan həmin təməl prinsiplər üzərindən danışıqları davam etdirmək və sülh müqaviləsi üzərində işləməyə hazırlığını bildirir.Nazir deyib ki, həmin bəndlərdən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi 21 fevral baza təkliflərini nə üçün Ermənistana martın əvvəli təqdim edib:"Azərbaycan ilk gündən bunu qeyd etmişdi ki, baza təkliflər vasitəçilər vasitəsilə təqdim olunub. Bunu vasitəçilərdən soruşmaq lazımdır. Azərbaycan 21 fevral qeyd edibsə, məhz o tarixdə təqdim edib. Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Hələ 1992-ci ildə hər iki ölkə MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Bu da hardasa Azərbaycanın qeyd etdiyi baza prinsipinin təkrarlanmasıdır," - deyə XİN rəhbəri bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0a/439010576_0:0:972:729_1920x0_80_0_0_b382d01b5acb2524ee23920b5a05e7a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, xin, təklif, ermənistan
ceyhun bayramov, xin, təklif, ermənistan
Ceyhun Bayramov Ermənistanın təkliflərini açıqladı
XİN rəhbəri bildirib ki, Ermənistan tərəfinin təqdim etdiyi sənəd Azərbaycanın təkliflərinə reaksiya formasında idi.
BAKI, 10 may — Sputnik. "Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsipləri üzrə 5 baza prinsipini təqdim etmişdi. Ermənistan isə bu prinsiplərin onlar üçün uyğun olmadığını bildirmişdi". Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, daha sonra Ermənistanın Azərbaycanın 5 təklifinə qarşı 6 təklifi barədə xəbərlər yayılmışdı:
"Ancaq maraqlısı bundan ibarətdir ki, hər kəs Ermənistanın qəbul etdiyi sənədi görüb. Sənədə baxarkən görünür ki, bu, təkliflər adlandırıla bilməz. Həmin sənəd təqdim olunan zaman da Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi. Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlndırmaq olar".
XİN rəhbəri deyib ki, növbəti bənd ondan ibarətdir ki, həmin sənədin bəndlərindən biri indiyə kimi üçtərəfli üç – 9 noyabr, 11 yanvar və 26 noyabr bəyanatları sadalanır və onların icrasının vacibliyi qeyd olunur:
"Bu da yenə sual doğurmayan məqam deyil. Sənədlər mövcuddur və təbii ki, onlar icra olunmalıdır. Digər bənd odur ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupunun həmsədrlərinə müraciət edir. Bu həmin o məqamda baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupu həmsədləri arasında heç bir əlaqə yoxdur və demək olar ki, bu qrup iflic vəziyyətdədir. Mən sizə həmin 6 bəndin 4-nü sadaladım. İndi siz özünüz də bu qənaətə gələ bilərsiniz ki, bunları nə qədər təklif adlandırmaq olar? Ermənistan tərəfi özü də sənəd qəbul olunarkən onu heç bir təklif forması adlandırmırdı. Onu Azərbaycan təkliflərinə reaksiya adlandırırdı. Artıq indi bəzi fərqli məqamlar var. Azərbaycanın mövqeyini bilirsiniz. Məhz onun təməlini təşkil edən prinsiplər bəyan edilib. Azərbaycan həmin təməl prinsiplər üzərindən danışıqları davam etdirmək və sülh müqaviləsi üzərində işləməyə hazırlığını bildirir.
Nazir deyib ki, həmin bəndlərdən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi 21 fevral baza təkliflərini nə üçün Ermənistana martın əvvəli təqdim edib:
"Azərbaycan ilk gündən bunu qeyd etmişdi ki, baza təkliflər vasitəçilər vasitəsilə təqdim olunub. Bunu vasitəçilərdən soruşmaq lazımdır. Azərbaycan 21 fevral qeyd edibsə, məhz o tarixdə təqdim edib. Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Hələ 1992-ci ildə hər iki ölkə MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Bu da hardasa Azərbaycanın qeyd etdiyi baza prinsipinin təkrarlanmasıdır," - deyə XİN rəhbəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.