Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Vergilər Naziliyi
Azərbaycan Respublikası Vergilər Naziliyi - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Deputat Aqil Abbas da bu gün Milli Məclisdə çıxışında kağızdan əlavə dəyər vergisinin götürülməsi haqqında qanunun işləmədiyini bildirib.
BAKI, 13 may — Sputnik. İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetindən məlumat verilib.
Belə ki, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.
Siyahıya aşağıdakı məhsullar daxildir:
- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı
- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük
- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər
- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları
- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.
Qeyd edək ki, bu gün Milli Məclisin iclasında deputat Aqil Abbas bu məsələyə toxunub. O, Nazirlər Kabinetinə irad bildirib: "Kağızdan əlavə dəyər vergisinin götürülməsi haqqında qanun qəbul etmişdik. Nazirlər Kabineti yanvardan qüvvəyə minən qanunun işləməsini təmin etmir".
Deputat bildirib ki, o qiymətə olan kağızla qəzet buraxmaq mümkün deyil: "Nə edək, yenidən qanun qəbul edək? Xahişim odur ki, Baş nazir Əli Əsədov buna diqqəti artırsın. Biz özümüz kağız istehsal etmirik, hamısını xaricdən alırıq. Bu gün bizdə nə kitab oxunur, nə qəzet. Dünyada ən az kitab oxuyan cəmiyyətik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kitab yarmarkası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.04.2022
YAZARLAR
Kitab və kağızın “dərdi”: ƏDV nə zaman götürüləcək?
Xəbər lenti
0