Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan aeroportları ilə sərnişin axını 2 dəfə artıb

© Photo : TRENDBakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500"
Bakıdan uçan Azərbaycan Hava Yolları na məxsus ən böyük Airbus A340-500 - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Bu ilin yanvar-aprel aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 464 min sərnişin daşıyıb. Bunun 350 mini AZAL-ın özünün, 114 mini isə "Buta Airways"in payına düşüb.
BAKI, 13 may — Sputnik. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın beynəlxalq hava limanları 900 minə yaxın sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 2 dəfə çoxdur.
"Azərbaycan Hava Yolları" QSC xəbər verir ki, təkcə ötən ay isə sərnişin axını 247,5 min nəfər təşkil edib ki, onların 197 min nəfəri paytaxt hava limanı vasitəsilə uçan və ya gələn sərnişinlərin payına düşür.
Bakı hava limanının əsas aviadaşıyıcıları olan "AZAL" və "Buta Airways" aviaşirkətləri - müvafiq olaraq 350 və 114 min sərnişin daşımışdır ki, bu da ümumilikdə xidmət göstərilən sərnişinlərin ümumi payının 51%-ni təşkil edib.
2022-ci ilin aprel ayında 23 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib. Aviadaşıyıcıların sayının azalması Rusiya aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinin dayandırılması ilə bağlıdır.
Aprel ayında Bakıdan ən populyar istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Minsk, Ankara, İzmir, Frankfurt, Əbu-Dabi və Aktau şəhərləri daxil olublar.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır. Aeroportu "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə "5 ulduz" reytinqinə layiq görüb. Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVİD-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Heydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Heydər Əliyev Beynəlxalq Aeroportu və digər hava limanlarında xidmət necədir?
Xəbər lenti
0