Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Heydər Əliyev Beynəlxalq Aeroportu və digər hava limanlarında xidmət necədir?

© © AZAL mətbuat xidmətiHeydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli
Heydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Beynəlxalq reyslərin ümumi sayından AZAL-ın payına 38,2%, “Buta Airways”in payına isə 10,9% düşüb.
2021-ci ildə Azərbaycanın hava limanlarında təxminən 3 milyon sərnişinə xidmət göstərilib
BAKI, 11 yanvar - Sputnik. 2021-ci ilin yanvar ayından dekabr ayınadək Azərbaycanın hava limanlarında 2,93 milyon sərnişinə xidmət göstərilib.
Bu göstərici COVID-19 pandemiyasının başlanması, beynəlxalq hava əlaqəsinin ləğvi və sərhədlərin bağlanması ilə əlaqədar sərnişin aviadaşımalarının dayandırıldığı 2020-ci ilin statistikasından iki dəfədən də çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumata görə, sərnişinlərin ümumi sayından 2,39 milyon sərnişin beynəlxalq reyslərin payına düşüb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas aviadaşıyıcıları – AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən müvafiq olaraq 874,5 min və 250 min sərnişin daşınmışdır.
Beynəlxalq reyslərin ümumi sayından AZAL-ın payına 38,2%, “Buta Airways”in payına isə 10,9% düşüb.
Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa reyslər həyata keçirir.
Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistana uçuşlar həyata keçirir.
Açılışı 2021-ci ildə Füzuli şəhərində baş tutan, işğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı ilk hava limanına həyata keçirilən reyslərdə 675 sərnişinə xidmət göstərilmişdir.
Eyni zamanda qeyd etmək lazımdır ki, AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ötən il ərzində Azərbaycanın hava məkanından istifadə edən 47 min hava gəmisinə xidmət göstərmişdir ki, bu da 2020-ci ilin göstəricisindən 6,3% çoxdur və pandemiyadan əvvəlki dövrün göstəricilərinin 57%-ni təşkil edir. Azərbaycan hava limanlarında uçuş və eniş zamanı daha 34 min təyyarəyə xidmət göstərilmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən hava limanları üçün COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə “5 ulduz” reytinqinə layiq görülmüşdür.
Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətidir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti
Xəbər lenti
0