https://sputnik.az/20220512/socar-petroleumla-bagli-xeberdarliq-edildi-441859554.html
"SOCAR PETROLEUM"la bağlı xəbərdarlıq edildi
"SOCAR PETROLEUM"la bağlı xəbərdarlıq edildi
Sputnik Azərbaycan
Alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiqi müəyyən olunub. 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T15:54+0400
2022-05-12T15:54+0400
2022-05-12T15:54+0400
iqtisadiyyat
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
azərbaycan
iqtisadi
iqtisadiyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42432/80/424328053_0:184:1848:1224_1920x0_80_0_0_d5ea78508a343c8c0d02c3e677b057d4.jpg
BAKI, 12 may — Sputnik. Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur.Dövlət Xidmətindən verilən məlumata görə, bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən "SOCAR PETROLEUM" QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb. Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.Bununla yanaşı, Dövlət Xidməti "SOCAR PETROLEUM" QSC-nin "Tənzimlənən qiymətlər haqqında" və "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib. Neft məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə qanunamüvafiq ən sərt tədbirlər görüləcək.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tədbirləri davam etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20200330/SOCAR-Petroleum-Yanacan-satisinda-mhdudiyyt-yoxdur-423523054.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42432/80/424328053_216:0:1848:1224_1920x0_80_0_0_97af57ede4e2f660c4a4d48037291989.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, azərbaycan, iqtisadi, iqtisadiyyat nazirliyi
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, azərbaycan, iqtisadi, iqtisadiyyat nazirliyi
"SOCAR PETROLEUM"la bağlı xəbərdarlıq edildi
Alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiqi müəyyən olunub.
BAKI, 12 may — Sputnik. Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur.
Dövlət Xidmətindən verilən məlumata görə, bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən "SOCAR PETROLEUM" QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb. Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.
Bununla yanaşı, Dövlət Xidməti "SOCAR PETROLEUM" QSC-nin "Tənzimlənən qiymətlər haqqında" və "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib. Neft məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə qanunamüvafiq ən sərt tədbirlər görüləcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tədbirləri davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.