Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“SOCAR Petroleum” yanacaq məhdudiyyəti ilə bağlı açıqlama verdi

© Sputnik / Maksim Blinov / Mediabanka keçidЗаправщик заправляет автомобиль
Заправщик заправляет автомобиль  - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, sosial şəbəkələrdə şəxsi avtomobillərə benzin satışının həyata keçirilməyəcəyi ilə bağlı məlumatlar yayılıb.

BAKI, 30 mart — Sputnik. "SOCAR Petroleum" QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.

Bunu Sputnik Azərbaycan-a QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

O deyib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər:

"Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur".

Qeyd edək ki, sosial şəbəkələrdə şəxsi avtomobillərə benzin satışının həyata keçirilməyəcəyi ilə bağlı məlumatlar yayılıb.

Xəbər lenti
0