https://sputnik.az/20220512/sahibkarlara-sad-xeber---goturdukleri-kreditler-subsidiyalasdirilacaq-441851706.html
Sahibkarlara şad xəbər - Götürdükləri kreditlər subsidiyalaşdırılacaq
Sahibkarlara şad xəbər - Götürdükləri kreditlər subsidiyalaşdırılacaq
Sputnik Azərbaycan
Əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara götürdükləri kreditlərə görə dəstək göstəriləcək. 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T16:36+0400
2022-05-12T16:36+0400
2022-05-12T16:36+0400
kredit
iqtisadiyyat
iqtisadi
sahibkarlığın inkişafı fondu
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42163/02/421630296_0:368:2977:2042_1920x0_80_0_0_9b998206a97780197a513a0d5a16a93b.jpg
BAKI, 12 may — Sputnik. Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb.Bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.İlkin olaraq, aşağıdakı emal məhsullarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlərin subsidiyalaşdırılması həyata keçiriləcək:Şəkər tozu istehsalı;Günəbaxan yağı istehsalı;Marqarin istehsalı;Kərə yağı istehsalı;Un istehsalı;Makaron məmulatlarının istehsalı.Bu sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri xammal tədarükü ilə bağlı 2022-ci ildə aldıqları kreditlərin subsidiyalaşdırılması üçün krediti verən təşkilata müraciət edə bilərlər.Subsidiyalaşdırılma kredit təşkilatları tərəfindən Fonda daxil olmuş müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.Qeyd edək ki, yeni mexanizm ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq olunur.Qərara əsasən, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizlərinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaq.Azərbaycanda əsas ərzaqların maya dəyəri aşağı düşəcəkXatırladaq ki, hədəf qiymət artımlarının minimumlaşdırılması ilə yanaşı, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır. Dünya və regional bazarlarda müşahidə edilən qeyri-müəyyənlik fonunda bu addımların atılması ciddi əhəmiyyət daşıyır. Dünya bazarındakı qiymət artımlarının və qıtlığın nə zamanadək davam edəcəyi bəlli deyil. Bu baxımdan, preventiv addımlar ilə yanaşı sahibkarların daha yaxından dəstəklənməsi prioritetdir.Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli Qərarı antiinflyasiya tədbirləri çərçivəsində atılan növbəti addımdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220111/sahibkarliq-subyektleri-ucun-vergi-deyisiklikleri---gelir-nece-hesablanacaq-438059268.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42163/02/421630296_78:0:2809:2048_1920x0_80_0_0_c6068b68f585f6c5c7a9e7fbdc8b3923.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kredit, iqtisadi, sahibkarlığın inkişafı fondu, azərbaycan
kredit, iqtisadi, sahibkarlığın inkişafı fondu, azərbaycan
Sahibkarlara şad xəbər - Götürdükləri kreditlər subsidiyalaşdırılacaq
Əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara götürdükləri kreditlərə görə dəstək göstəriləcək.
BAKI, 12 may — Sputnik. Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb.
Bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.
İlkin olaraq, aşağıdakı emal məhsullarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlərin subsidiyalaşdırılması həyata keçiriləcək:
Günəbaxan yağı istehsalı;
Makaron məmulatlarının istehsalı.
Bu sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri xammal tədarükü ilə bağlı 2022-ci ildə aldıqları kreditlərin subsidiyalaşdırılması üçün krediti verən təşkilata müraciət edə bilərlər.
Subsidiyalaşdırılma kredit təşkilatları tərəfindən Fonda daxil olmuş müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, yeni mexanizm ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq olunur.
Qərara əsasən, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizlərinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaq.
Azərbaycanda əsas ərzaqların maya dəyəri aşağı düşəcək
Xatırladaq ki, hədəf qiymət artımlarının minimumlaşdırılması ilə yanaşı, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır. Dünya və regional bazarlarda müşahidə edilən qeyri-müəyyənlik fonunda bu addımların atılması ciddi əhəmiyyət daşıyır. Dünya bazarındakı qiymət artımlarının və qıtlığın nə zamanadək davam edəcəyi bəlli deyil. Bu baxımdan, preventiv addımlar ilə yanaşı sahibkarların daha yaxından dəstəklənməsi prioritetdir.
Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli Qərarı antiinflyasiya tədbirləri çərçivəsində atılan növbəti addımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.