Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarlıq subyektləri üçün vergi dəyişiklikləri - gəlir necə hesablanacaq?

© Sputnik / Murad OrujovVergi Məcəlləsi
Vergi Məcəlləsi - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Orta və iri sahibkarlıq subyektləri tərəfindən gəlirlərin, xərclərin uçotu 2022-ci il yanvarın 1-dən...
BAKI, 11 yanvar — Sputnik. Vergi Məcəlləsinə əsasən, mikro sahibkarlıq subyektləri istisna olmaqla, orta və iri sahibkarlıq subyektləri tərəfindən gəlirlərin, xərclərin uçotu 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektləri tərəfindən isə 2023-cü il yanvarın 1-dən yalnız hesablama metodu ilə aparılacaq.
Sputnik Azərbaycan Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənən məlumatı müvafiq olaraq 2022-ci il martın 31-dək, 2023-cü il martın 31-dək vergi orqanına təqdim etməlidirlər.
Həmçinin qeyd olunub ki, vergi uçotu ilə mühasibat uçotu arasında fərqliliklərin aradan qaldırılması məqsədilə, mikro sahibkarlıq subyektləri istisna olmaqla, digər sahibkarlıq subyektləri tərəfindən gəlirlərinin, xərclərinin uçotu hesablama metodu ilə aparılacaq.
Xatırladaq ki, Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən danışarkən deyib ki, mövcud maddəyə görə, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər: "Lakin beynəlxalq mühasibat standartları yalnız hesablama metodunun tətbiq edilməsini tələb edir. Bunun mənası odur ki, mallar və xidmətlər satış edildiyi zaman gəlir kimi tanınır. Bu, orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin, xərclərin uçotunu kassa metodu yaxud hesablama metodu ilə apara biləcəklər. Kassa metodunda uçota nəzarət etmək çətin olurdu. Artıq bu, əməliyyatın özünə bağlı olacaq, mal və xidmət təqdim edildikdə gəlir kimi tanınacaq. Bu, həm vergi ödəyicisi, həm də vergi orqanı üçün asanlıq yaradacaq".
Xəbər lenti
0