CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rafael Cəbrayılovun ölməsi ilə bağlı cəza təyin edilməsin?

© REPORTRafael Cəbrayılov, arxiv şəkli
Rafael Cəbrayılov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Dövlət ittihamçısı Babaxan Həsənəliyev təkliflə çıxış edib, sabiq deputatın ölməsi ilə bağlı cəzanın təyin edilməməsini istəyib
BAKI, 12 may — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev çıxış edib.
"Report"un xəbərinə görə, o bildirib ki, R.Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq) və 308.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinsin və ölməsi ilə bağlı cəza təyin edilməsin.
Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.
İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qandal - Sputnik Azərbaycan, 1920, 13.04.2022
CƏMİYYƏT
Borca görə mandatını girov qoyan keçmiş deputatın qardaşı saxlanılıb
Xəbər lenti
0