CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Borca görə mandatını girov qoyan keçmiş deputatın qardaşı saxlanılıb

Abunə olmaq
Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında polislər tərəfindən saxlanılıb
BAKI, 13 aprel — Sputnik. Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.
O, aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən tutulub.
Vətəndaşlar iddia edirlər ki, E.Cəbrayılov həmin şəxslərə qarşı dələduzluq edib.
"Report"un xəbərinə görə, hazırda Nərimanov RPİ-in İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.
Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.
Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin vəsiqələrini girov qoyması ilə yaddaşlarda qalıb. O, bu hərəkətinə görə, həm seçicilərdən, həm deputat həmkarlarından, həm də cəmiyyətdən üzr istəyərək deputat mandatından imtina etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0