DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Medvedev NATO ilə nüvə müharibəsi riskindən danışıb

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidDmitri Medvedev
Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, son baş verənlər NATO ilə Rusiya arasında onların "proksi müharibəsi" əvəzinə birbaşa və açıq münaqişə ehtimalını artırır.
BAKI, 12 may — Sputnik. Qərb ölkələrinin Rusiya Federasiyasına münasibətdə həyasızlığı getdikcə daha açıq şəkildə ortaya çıxır, onlar Rusiyanın "nüvə münaqişəsi" ilə dünyanı qorxutması tezisini irəli sürməyə çalışırlar. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında yazıb.
"Xarici analitiklərin NATO-nun Rusiya ilə müharibəsi ilə bağlı bitib-tükənməyən söhbətləri səngimir. Üstəlik, Qərbin "danışan başçılarının" həyasızlığı getdikcə daha aşkara çıxır. Onlar Rusiyanın dünyanı nüvə münaqişəsi ilə qorxutması tezisini ortaya atmağa çalışırlar. Hətta Tramp bu yaxınlarda bu məsələdən çıxdı. Düzdür, təbii ki, sadəcə Baydenin acığına. Və təbii ki, avropalılar öz cılız səsləri ilə ciyildəyirlər", - deyə Medvedev yazıb.
"Qərb ölkələrinin Rusiya ilə başlatdığı proksi müharibəsi kontekstində mən bir daha bütün ağıllı insanlar üçün aydın olan şeyləri çox aydın şəkildə ifadə etmək istəyirəm. NATO ölkələrinin Ukraynaya silah verməsi, qoşunlarını Qərb texnikasından istifadə etməyə hazırlaması, muzdluların göndərilməsi və müttəfiq ölkələrinin sərhədlərimizə yaxın təlimlər keçirməsi NATO ilə Rusiya arasında onların "prokosi müharibəsi" əvəzinə birbaşa və açıq münaqişə ehtimalını artırır", - Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.
Onun sözlərinə görə, bunlar risk daşıyır. "Belə bir münaqişənin hər zaman tam nüvə müharibəsinə çevrilmə riski var. Bu, hamı üçün fəlakətli ssenari olacaq. Bu qədər. Ona görə də özünüzə və başqalarına yalan danışmamalısınız. Sadəcə öz hərəkətlərinizin mümkün nəticələri barədə düşünmək lazımdır. Rusofobiyanın şiddətlənməsinə görə öz tüpürcəyinizdə boğulmayın!" - Medvedev əlavə etdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NATO hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.05.2022
DÜNYA XƏBƏRLƏRİ
"NATO Serbiyanı bombaladı". Tarixi yada salan ingilislər Putini dəstəklədilər
Xəbər lenti
0