https://sputnik.az/20220505/nato-serbiyani-bombaladi-tarixi-yada-salan-ingilisler-putini-desteklediler-441677247.html
"NATO Serbiyanı bombaladı". Tarixi yada salan ingilislər Putini dəstəklədilər
"NATO Serbiyanı bombaladı". Tarixi yada salan ingilislər Putini dəstəklədilər
Sputnik Azərbaycan
İnglis sosial media izləyiciləri hesab edirlər ki, Ukrayna neytral qalsaydı və Qərb onu silahlandırmasaydı, bu münaqişə də baş verməyəcəkdi. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T14:19+0400
2022-05-05T14:19+0400
2022-05-05T14:32+0400
dünya xəbərləri
nato
serbiya
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/03/17/440415336_0:0:2975:1674_1920x0_80_0_0_78b8bce2d3c34b43a93dea55d376a6b6.jpg
BAKI, 5 may — Sputnik. Daily Express-in oxucuları NATO-nun Ukraynada münaqişəni qızışdırdığını bəyan etdilərNATO-nun davranışlarından qəzəblənən İngiltərənin Daily Express qəzetinin oxucuları Rusiyanın alyansın Şərqə doğru genişləndirilməməsi haqqında tələbini dəstəklədilər.İngilislərin fikrincə, NATO-nun hərəkətləri bir çox mülki şəxsin ölümünə səbəb olub, indi isə hərbi blok sülhməramlı olmağa çalışır."Ukrayna NATO-nun üzvü deyil, NATO niyə müdaxilə edir? NATO sülhməramlıdır ki? Bu nədir, yeni lətifədir? Dünyanı Amerika idarə etmir", - Charlie.K. ləqəbli oxucu yazır."Ukrayna neytral bir ölkə olaraq qalsa idi və Qərb onu silahla təchiz etməsəydi bu münaqişə baş verməzdi" - deyə Maxthemagition yazır."NATO, bunun üçün heç bir səlahiyyəti olmadan Serbiyanı bombaladı, bir çox mülki şəxsi öldürdü" - Jumbo Wannabe bəyan etdi."NATO-nun genişləndirilməsi ciddi bir təcavüzdür və onu dayandırmaq lazımdır" - Limey57 belə hesab edir.2014-cü ilin dekabr ayında Ukrayna blokdankənar statusundan imtina edərək Konstitusiyada AB və NATO-ya qoşulmaq üçün kursu gücləndirdi. Hazırda onun genişləndirilmiş imkanlara malik bir ittifaq ortağı statusu var, lakin tam üzvlüyə israrlıdır.Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başladı. Rusiya Prezidenti Vladimir Putin bunun "Kiyev rejimi tərəfindən 8 idir ki, təhqirlərə və soyqırımına məruz qalan insanları qorumaq" məqsədi ilə edildiyini söylədi.V. Putinin fikrincə, bundan ötrü "Ukraynanın "demilitarizasiyası və denasifikasiyası"nın aparılması və "Donbass"da "mülki şəxslərə qarşı" qanlı cinayətlərdə "cavabdeh olan bütün müharibə cinayətkarlarının məhkəməyə verilməsi planlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220421/rf-xn-nato-nun-ukraynadaki-herbi-yukleri-hedef-sayilacaq-441310580.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/17/440415336_127:0:2858:2048_1920x0_80_0_0_d550677518d289117cbb1a04c32a3061.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, serbiya, rusiya federasiyası
nato, serbiya, rusiya federasiyası
"NATO Serbiyanı bombaladı". Tarixi yada salan ingilislər Putini dəstəklədilər
14:19 05.05.2022 (Yenilənib: 14:32 05.05.2022) İnglis sosial media izləyiciləri hesab edirlər ki, Ukrayna neytral qalsaydı və Qərb onu silahlandırmasaydı, bu münaqişə də baş verməyəcəkdi.
BAKI, 5 may — Sputnik. Daily Express-in oxucuları NATO-nun Ukraynada münaqişəni qızışdırdığını bəyan etdilər
NATO-nun davranışlarından qəzəblənən İngiltərənin Daily Express qəzetinin oxucuları Rusiyanın alyansın Şərqə doğru genişləndirilməməsi haqqında tələbini dəstəklədilər.
İngilislərin fikrincə, NATO-nun hərəkətləri bir çox mülki şəxsin ölümünə səbəb olub, indi isə hərbi blok sülhməramlı olmağa çalışır.
"Ukrayna NATO-nun üzvü deyil, NATO niyə müdaxilə edir? NATO sülhməramlıdır ki? Bu nədir, yeni lətifədir? Dünyanı Amerika idarə etmir", - Charlie.K. ləqəbli oxucu yazır.
"Ukrayna neytral bir ölkə olaraq qalsa idi və Qərb onu silahla təchiz etməsəydi bu münaqişə baş verməzdi" - deyə Maxthemagition yazır.
"NATO, bunun üçün heç bir səlahiyyəti olmadan Serbiyanı bombaladı, bir çox mülki şəxsi öldürdü" - Jumbo Wannabe bəyan etdi.
"NATO-nun genişləndirilməsi ciddi bir təcavüzdür və onu dayandırmaq lazımdır" - Limey57 belə hesab edir.
2014-cü ilin dekabr ayında Ukrayna blokdankənar statusundan imtina edərək Konstitusiyada AB və NATO-ya qoşulmaq üçün kursu gücləndirdi. Hazırda onun genişləndirilmiş imkanlara malik bir ittifaq ortağı statusu var, lakin tam üzvlüyə israrlıdır.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başladı. Rusiya Prezidenti Vladimir Putin bunun "Kiyev rejimi tərəfindən 8 idir ki, təhqirlərə və soyqırımına məruz qalan insanları qorumaq" məqsədi ilə edildiyini söylədi.
V. Putinin fikrincə, bundan ötrü "Ukraynanın "demilitarizasiyası və denasifikasiyası"nın aparılması və "Donbass"da "mülki şəxslərə qarşı" qanlı cinayətlərdə "cavabdeh olan bütün müharibə cinayətkarlarının məhkəməyə verilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.