https://sputnik.az/20220512/azerbaycan-gelen-il-taekvondo-uzre-kecirilecek-dunya-cempionatina-ev-sahibliyi-edecek-441877469.html
Azərbaycan gələn il taekvondo üzrə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan gələn il taekvondo üzrə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək
Sputnik Azərbaycan
Bakıdakı yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T22:29+0400
2022-05-12T22:29+0400
2022-05-12T22:51+0400
idman
taekvondo federasiyası
taekvondo
https://cdnn1.img.sputnik.az/img/42320/22/423202217_0:203:3042:1914_1920x0_80_0_0_22fbe4e062b1c861b9a5444b8606bba7.jpg
BAKI, 12 may - Sputnik. Azərbaycan 2023-cü ildə taekvondo üzrə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək.Bununla bağlı qərar Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun da iştirak etdiyi Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin iclasında verilib.Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda əsas məsələ gələn il keçiriləcək dünya çempionatı olub. Mundial üçün 3 ölkə namizədliyini versə də, son anda Bolqarıstan geri çəkilib. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Səsvermə nəticəsində bu hüquq ilk dəfə ölkəmizə verilib. 2024-cü ildə baş tutacaq Paris Yay Olimpiya Oyunları öncəsi mundiala Bakı ev sahibliyi edəcək. 2023-cü ildə paytaxtımızda keçiriləcək yarış may ayının sonuna planlaşdırılır.Sayca 26-cı dünya çempionatı Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Bakıdakı yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək və paytaxtımıza fəxri qonaqların gələcəyi gözlənilir.Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin bu qərarı isə təsadüf deyil. Beynəlxalq qurumlarla sıx əməkdaşlıq edən və daim onların etimadını qazanan Azərbaycan Taekvondo Federasiyası bunadək bir sıra dünya səviyyəli yarışlara da uğurla ev sahibliyi edib. Paytaxtımız Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərini uğurla keçirib.Dünya çempionatına MDB ölkələri arasında ev sahibliyi edəcək ikinci ölkə Azərbaycan olacaq. Bunadək bu hüquq yalnız Rusiyaya verilib. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə 7-ci olacaq. Azərbaycana qədər Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniya dünyanın ən güclü taekvondoçularının mübarizəsinə ev sahibliyi edib (Apasport).Qeyd edək ki, bu il dünya çempionatı noyabrda Meksikanın Kankun şəhərində təşkil olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42320/22/423202217_338:0:3042:2028_1920x0_80_0_0_556f711c28a1f07d361d9ad70e7ef9c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taekvondo federasiyası, taekvondo
taekvondo federasiyası, taekvondo
Azərbaycan gələn il taekvondo üzrə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək
22:29 12.05.2022 (Yenilənib: 22:51 12.05.2022) Bakıdakı yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.
BAKI, 12 may - Sputnik. Azərbaycan 2023-cü ildə taekvondo üzrə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək.
Bununla bağlı qərar Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun da iştirak etdiyi Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin iclasında verilib.
Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda əsas məsələ gələn il keçiriləcək dünya çempionatı olub. Mundial üçün 3 ölkə namizədliyini versə də, son anda Bolqarıstan geri çəkilib. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Səsvermə nəticəsində bu hüquq ilk dəfə ölkəmizə verilib. 2024-cü ildə baş tutacaq Paris Yay Olimpiya Oyunları öncəsi mundiala Bakı ev sahibliyi edəcək. 2023-cü ildə paytaxtımızda keçiriləcək yarış may ayının sonuna planlaşdırılır.
Sayca 26-cı dünya çempionatı Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Bakıdakı yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək və paytaxtımıza fəxri qonaqların gələcəyi gözlənilir.
Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin bu qərarı isə təsadüf deyil. Beynəlxalq qurumlarla sıx əməkdaşlıq edən və daim onların etimadını qazanan Azərbaycan Taekvondo Federasiyası bunadək bir sıra dünya səviyyəli yarışlara da uğurla ev sahibliyi edib. Paytaxtımız Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərini uğurla keçirib.
Dünya çempionatına MDB ölkələri arasında ev sahibliyi edəcək ikinci ölkə Azərbaycan olacaq. Bunadək bu hüquq yalnız Rusiyaya verilib. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə 7-ci olacaq. Azərbaycana qədər Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniya dünyanın ən güclü taekvondoçularının mübarizəsinə ev sahibliyi edib (Apasport).
Qeyd edək ki, bu il dünya çempionatı noyabrda Meksikanın Kankun şəhərində təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.