SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üç ölkənin XİN başçısı arasında görüş olub

© Photo : MFA AzerbaijanAzərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü
Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Üç ölkənin XİN başçıları bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıblar.
BAKI, 12 may - Sputnik. Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıb.
Azərbaycan Ermənistanla sülh müqaviləsi üzərində işə başlamağa hazırdır
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü əldə edilə biləcək irəliləyişləri müzakirə etmək üçün yaxşı fürsətdir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Biz sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. İnanırıq ki, bugünkü görüş, təmasların davam etdirilməsi bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”, - C.Bayramov bildirib.
XİN başçısı eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin açılması işində irəliləyişin olmadığını vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Düşənbədə Azərbaycan və Ermənistandan olan həmkarları ilə üçtərəfli görüş zamanı deyib ki, Rusiya Cənubi Qafqazın sülh, davamlı inkişaf və tərəqqi zonasına çevrilməsində maraqlıdır.
"Ümid edirəm ki, bugünkü görüş liderlərimiz tərəfindən göstərilən yolda irəliləməyə imkan verəcək”, - o, bildirib.

Sergey Lavrov həmçinin rəsmi Moskvanın tərəflər arasında etimadın artırılmasında və Ermənistan-Azərbaycan münasibətlərinin tam şəkildə normallaşması üçün şərait yaradılmasında da maraqlı olduğunu deyib.
Qeyd edək ki, bu gün Tacikistanın paytaxtı Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov əvvəlcə rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüş keçirib. Daha sonra Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sergey Lavrov və Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 12.05.2022
RUSİYA
Sergey Lavrov Ceyhun Bayramovla görüşün detallarını açıqladı
Xəbər lenti
0