Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov Ceyhun Bayramovla görüşün detallarını açıqladı

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian FederationSergey Lavrov və Ceyhun Bayramov
Sergey Lavrov və Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşündən sonra Sergey Lavrov bildirib ki, Rusiya tərəfi ilin ikinci yarısında növbəti regionlarası forumu keçirməyi düşünür.
BAKI, 12 may — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Azərbaycan və Rusiya XİN başçılarının görüşü iki ölkə arasında münasibətlərin keyfiyyətcə tam yeni səviyyəyə, müttəfiqlik səviyyəsinə çatdığı zamanda baş verir. Bunu Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə qeyd edib.
"Vəziyyətə nəzər yetirmək, prezidentlərin qarşımıza qoyduğu konkret vəzifələrin reallaşdırılmasına diqqət ayırmaq üçün hər bir fürsət dəyərlidir", - deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Lavrov, həmçinin Moskva və Bakı arasında iqtisadi əməkdaşlığa diqqət ayırıb. Nazirin sözlərinə görə, Rusiya tərəfi ilin ikinci yarısında növbəti regionlarası forumu keçirməyi düşünür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0