Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Almaniya klubu Azərbaycan millisinin futbolçusu ilə danışıqlara başlayıb

© Sputnik / Murad OrujovDmitri Nazarov
Dmitri Nazarov - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Rəhbərlik heyətdəki bir neçə təcrübəli futbolçunu saxlamaq niyyətində olduğunu vurğulayıb.
BAKI, 12 may — Sputnik. Almaniyanın "Ertsgebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla danışıqlara başlayıb.
Klub təmsilçisi 32 yaşlı hücumçunu komandada saxlamaq istəyir.
"Report"un xəbərinə görə, klub prezidenti Helge Leonhardt müqaviləsi başa çatan 12 oyunçudan 7-nin komandada qala biləcəyini söyləyib. Rəhbərlik heyətdəki bir neçə təcrübəli futbolçunu saxlamaq niyyətində olduğunu vurğulayıb. O bildirib ki, lakin hələlik onların heç biri ilə razılıq əldə olunmayıb.
Qeyd edək ki, 23 xalla 17-ci pillədə qərarlaşan "Ertsgebirge"nin aşağı liqaya düşəcəyi dəqiqləşib. Dmitri Nazarovun 2023-cü ilin yayınadək müqaviləsi olsa da, komanda II Bundesliqanı tərk etdiyi üçün sözləşmədəki bənd onun azad agent statusu almasına yardımçı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Штефан Кунц, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.09.2021
İDMAN
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu
Xəbər lenti
0