DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zaxarova ABŞ administrasiyasının son bəyanatlarını şərh etdi

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidБрифинг официального представителя МИД России М. Захаровой
Брифинг официального представителя МИД России М. Захаровой - Sputnik Azərbaycan, 1920, 11.05.2022
Abunə olmaq
Rusiya XİN sözçüsü bildirib ki, Ukrayna istənilən hərəkətə görə Vaşinqtona sədaqət andı içib və ABŞ-ın əlində alətdir.
BAKI, 11 may — Sputnik. Rusiya ABŞ rəsmilərinin Ukraynada nizamlanma ilə bağlı fərqli bəyanatlarının bu ölkənin administrasiyasındakı dəyişikliklərlə bağlı olduğunu istisna etmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"ABŞ tərəfinin bəyanatına gəlincə, xüsusən də son vaxtlar bunun nə ilə bağlı olduğunu bilmirəm, çünki ABŞ administrasiyasının bilavasitə işçilərinin, Ağ Evdəki top menecerlərin tərkibi zahirən dəyişmiş vəziyyətdədir. ABŞ administrasiyasının hazırkı tərkibində davam edən dəyişikliyin təsiri altında bir çox bəyanatlar verilir. Bununla belə, ABŞ Ukraynadakı münaqişənin həlli üçün danışıqlar yolunu əlverişli görmür", - deyə XİN sözçüsü qeyd edib.
Mariya Zaxarova deyib ki, Ukrayna istənilən hərəkətə görə Vaşinqtona sədaqət andı içib və ABŞ-ın əlində alətdir: "Ukrayna uzun müddət istifadə edilən rahat bir vasitə kimi heç bir hesab və ya məsuliyyət tələb etmir, çünki Kiyev rejimi istənilən hərəkətə, hətta ən dağıdıcı xarakterli davranışa görə Vaşinqtona tam sədaqət andı içib".
O, Ukraynanın ABŞ üçün "qırğına verilən hərbçi" olduğunu deyən Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinin son sözlərini də xatırladıb.
"Təsirli olması baxımından, mən ilk dəfədir ki, Pekindən belə bir dəqiq, səmimi və güclü bəyanat eşidirəm", - Zaxarova fikirlərini tamamlayıb.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Zaxarova - Sputnik Azərbaycan, 1920, 28.04.2022
RUSİYA
Rusiyaya qarşı təşəbbüslər cavabsız qalmayacaq - Mariya Zaxarova
Xəbər lenti
0