https://sputnik.az/20220428/rusiyaya-qarsi-tesebbusler-cavabsiz-qalmayacaq---mariya-zaxarova-441506592.html
Rusiyaya qarşı təşəbbüslər cavabsız qalmayacaq - Mariya Zaxarova
Rusiyaya qarşı təşəbbüslər cavabsız qalmayacaq - Mariya Zaxarova
Sputnik Azərbaycan
XİN sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Rusiyaya qarşı görüləcək istənilən tədbirə qarşı müvafiq cavab veriləcək. 28.04.2022, Sputnik Azərbaycan
2022-04-28T12:00+0400
2022-04-28T12:00+0400
2022-04-28T12:00+0400
mariya zaxarova
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427053427_0:0:2947:1659_1920x0_80_0_0_72e58206a7ec92cf53ab3d2e0adf9fd8.jpg
BAKI, 28 aprel — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasından kənarlaşdırıla bilməz, çünki belə bir prosedur mövcud deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib."Sergey Lavrov cavab verdi ki, belə bir mexanizm yoxdur, lakin onlar uydura, danışa, bəzi düsturlar ixtira edə bilərlər. Sadəcə olaraq, belə bir prosedur yoxdur", - o, Solovyov.Live-in efirində Rusiya BMT Təhlükəsizlik Şurasından kənarlaşdırıla bilərmi sualına cavabında bildirib.Mariya Zaxarova ABŞ-ın Rusiya Federasiyasının terrorizmə sponsorluq edən ölkə kimi tanınması təşəbbüsünü axmaq addım adlandırıb. O qeyd edib ki, bu, cavabsız qalmayacaq."Onların görəcəkləri bütün tədbirlərə, hətta axmaq xarakterli olsa belə, müvafiq cavab veriləcək. Biz heç nəyi cavabsız qoymuruq, onlar bunu başa düşməlidirlər", - Zaxarova deyib.Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bir müddət əvvəl bildirmişdi ki, ABŞ BMT-yə alternativ platforma yaratmağa çalışır və demokratiya sammiti keçirmək də bu məqsədə xidmət edir.Lavrov həmçinin qeyd edib ki, ABŞ və digər Qərb ölkələri BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququnu dəyərsizləşdirməyə çalışırlar və bu, təhlükəli tendensiyadır."İndi amerikalılar və digər Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərini Baş Assambleyaya ötürməklə bu veto hüququnu ucuzlaşdırmağa çalışırlar. Həmin yerdə nümayəndə heyətlərinin səs çoxluğu məcburi, zorla əldə edilir. Bu tendensiya təhlükəlidir. Təhlükəsizlik Şurasının veto hüquqlu beşliyi beynəlxalq hüququn sonuncu adasıdır", - Lavrov deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427053427_216:0:2947:2048_1920x0_80_0_0_da2a3c1e5e1c25f4687f74767f4b9964.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
mariya zaxarova, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Rusiyaya qarşı təşəbbüslər cavabsız qalmayacaq - Mariya Zaxarova
XİN sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Rusiyaya qarşı görüləcək istənilən tədbirə qarşı müvafiq cavab veriləcək.
BAKI, 28 aprel — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasından kənarlaşdırıla bilməz, çünki belə bir prosedur mövcud deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Sergey Lavrov cavab verdi ki, belə bir mexanizm yoxdur, lakin onlar uydura, danışa, bəzi düsturlar ixtira edə bilərlər. Sadəcə olaraq, belə bir prosedur yoxdur", - o, Solovyov.Live-in efirində Rusiya BMT Təhlükəsizlik Şurasından kənarlaşdırıla bilərmi sualına cavabında bildirib.
Mariya Zaxarova ABŞ-ın Rusiya Federasiyasının terrorizmə sponsorluq edən ölkə kimi tanınması təşəbbüsünü axmaq addım adlandırıb. O qeyd edib ki, bu, cavabsız qalmayacaq.
"Onların görəcəkləri bütün tədbirlərə, hətta axmaq xarakterli olsa belə, müvafiq cavab veriləcək. Biz heç nəyi cavabsız qoymuruq, onlar bunu başa düşməlidirlər", - Zaxarova deyib.
Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bir müddət əvvəl bildirmişdi ki, ABŞ BMT-yə alternativ platforma yaratmağa çalışır və demokratiya sammiti keçirmək də bu məqsədə xidmət edir.
Lavrov həmçinin qeyd edib ki, ABŞ və digər Qərb ölkələri BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququnu dəyərsizləşdirməyə çalışırlar və bu, təhlükəli tendensiyadır.
"İndi amerikalılar və digər Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərini Baş Assambleyaya ötürməklə bu veto hüququnu ucuzlaşdırmağa çalışırlar. Həmin yerdə nümayəndə heyətlərinin səs çoxluğu məcburi, zorla əldə edilir. Bu tendensiya təhlükəlidir. Təhlükəsizlik Şurasının veto hüquqlu beşliyi beynəlxalq hüququn sonuncu adasıdır", - Lavrov deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.