NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti ucuzlaşır

© Sputnik / Максим Богодвид / Mediabanka keçidNeft
Neft - Sputnik Azərbaycan, 1920, 11.05.2022
Abunə olmaq
Azərbaycan neftinin bu il maksimum qiyməti 135,99 dollar olub.
BAKI, 11 may — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
"Azeri Light" markalı neftin qiyməti 2,78 dollar azalaraq 108,77 dollar olub.
London birjasında "Brent" markalı neftin qiyməti 2,42 dollar artaraq 104,88 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 2,31 dollar bahalaşaraq 102,07 dollar olub.
Qeyd edək ki, dünyanın ən böyük neft idxalçısı Çində koronavirusa yoluxmaların azalması neft qiymətlərinin yüksəlməsinə təsir edib. Şanxayda yoluxmaların sayı 50 faizdən çox azalıb.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Добыча нефти в Северной Дакоте, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Birjalarda neft ucuzlaşdı
Xəbər lenti
0