Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Birjalarda neft ucuzlaşdı

© AP Photo / Matt BrownДобыча нефти в Северной Дакоте, фото из архива
Добыча нефти в Северной Дакоте, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,94 dollar azalaraq 105 dollar olub.
BAKI, 10 may — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,94 dollar azalaraq 105 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,77 dollar ucuzlaşaraq 102,32 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Qeyd edək ki, OPEC+ ölkələri iyun ayı üçün neft hasilatını sutkada 432 min barel artırmaq planını olduğu kimi saxlamağa qərar verib.
OPEC+ üzvlərinin növbəti iclası iyunun 2-si üçün planlaşdırılır.
Xatırladaq ki, iyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barel artırılaraq 695 min barelə çatdırılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2022
NEFT-QAZ
Neft bahalaşmaqda davam edir
Xəbər lenti
0