https://sputnik.az/20220511/abseronda-otuz-bes-evden-ogurluq-edenler-saxlanilib---vdeo-441834406.html
Abşeronda otuz beş evdən oğurluq edənlər saxlanılıb - VİDEO
Abşeronda otuz beş evdən oğurluq edənlər saxlanılıb - VİDEO
Sputnik Azərbaycan
Narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı da əməliyyatlar həyata keçirilib. 11.05.2022, Sputnik Azərbaycan
2022-05-11T18:27+0400
2022-05-11T18:27+0400
2022-05-11T18:27+0400
oğurluq
azərbaycan xəbərləri
cinayət
din mətbuat xidməti
din
https://cdnn1.img.sputnik.az/img/42347/22/423472294_0:0:1920:1080_1920x0_80_0_0_71c0d469ddf593c3474b276b73babedd.jpg
BAKI, 11 may — Sputnik. Xırdalan şəhərinin "Quşçuluq" yaşayış massivində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 5200 manat dəyərində televizor, həmçinin qızıl-zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha dörd sakinin ərizəsi polis idarəsində qeydiyyata alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşdirilib.Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Nurlan Musazadə, İntiqam İbrahimov, Elməddin Qədirli və Ramil Mahmudov saxlanılıblar. Araşdırmalar zamanı dəstə üzvlərinin Abşeron rayonunda müxtəlif vaxtlarda 35 evdən oğurluq etdikləri müəyyən edilib.Narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı da Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar həyata keçirilib. Tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul 6 nəfər tutulub. Saxlanılanlardan ikisi Abşeron rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, qalan 4 nəfəri isə onlar üçün narkokuryerlik edən şəxslər olublar. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb.Qeyd edilən bütün faktlarla əlaqədar idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220325/sekide-obyektlerden-ve-evlerden-ogurluq-eden-sexs-saxlanib-440130312.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42347/22/423472294_161:0:1864:1277_1920x0_80_0_0_5f5241d21f1fba9223f3380c3559ece9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
oğurluq, cinayət, din mətbuat xidməti, din
oğurluq, cinayət, din mətbuat xidməti, din
Abşeronda otuz beş evdən oğurluq edənlər saxlanılıb - VİDEO
Narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı da əməliyyatlar həyata keçirilib.
BAKI, 11 may — Sputnik. Xırdalan şəhərinin "Quşçuluq" yaşayış massivində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 5200 manat dəyərində televizor, həmçinin qızıl-zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha dörd sakinin ərizəsi polis idarəsində qeydiyyata alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşdirilib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Nurlan Musazadə, İntiqam İbrahimov, Elməddin Qədirli və Ramil Mahmudov saxlanılıblar. Araşdırmalar zamanı dəstə üzvlərinin Abşeron rayonunda müxtəlif vaxtlarda 35 evdən oğurluq etdikləri müəyyən edilib.
Narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı da Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar həyata keçirilib. Tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul 6 nəfər tutulub. Saxlanılanlardan ikisi Abşeron rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, qalan 4 nəfəri isə onlar üçün narkokuryerlik edən şəxslər olublar. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Qeyd edilən bütün faktlarla əlaqədar idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.