CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə obyektlərdən və evlərdən oğurluq edən şəxs saxlanıb

© AFP 2023 / JULIO CESAR AGUILAROğru
Oğru - Sputnik Azərbaycan, 1920, 25.03.2022
Abunə olmaq
Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
BAKI, 25 mart — Sputnik. Şəki şəhərindən yerləşən “Playstation” oyun zalından oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən 700 manat dəyərində televizorun oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş İlyas Nüybərov saxlanılıb.
Aparılan ilkin araşdırmalar zamanı onun daha iki evdən televizor və təmir-tikinti alətləri, eləcə də tanışı ilə birgə Şəki şəhəri ərazisində yerləşən şirniyyat mağazasından pul oğurladığı da müəyyən edilib.
Onun oğurladığı televizorlardan biri, eləcə də cinayətdə istifadə etdiyi alətlər və maska maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.
© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Saxalınlan şəxs
Saxalınlan şəxs - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Saxalınlan şəxs
Saxlanan İlyas Nüybərov bildirib ki, cinayət əməllərini 3 ay ərzində törədib.
© Photo : Ministry of Internal Affairs (Azerbaijan)TV
Saxalınlan şəxs - Sputnik Azərbaycan, 1920, 14.03.2022
TV
“Yanvar, fevral və mart aylarında girmişəm obyektlərə. Oyun zalından televizor götürmüşəm. Evlərdən də müxtəlif əşyalar aparmışam”, - deyə İ.Nüybərov qeyd edib.
Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə İ.Nüybərov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Mərdəkanda yerləşən Həyat Naminə reabilitasiya mərkəzi - Sputnik Azərbaycan, 1920, 22.03.2022
CƏMİYYƏT
Oğul övladı olmaq sevdası, övladlıq, narkotik, dağılan həyatlar - Bir Aminin hekayəti
Xəbər lenti
0