DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yerevanda müxalifət yürüşünün onlarla iştirakçısı saxlanılıb

© Sputnik / Mediabanka keçidYerevanda etiraz aksiyası, arxiv şəkli
Yerevanda etiraz aksiyası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
İrəvanda müxalifətin mitinqində bir neçə etirazçı saxlanılıb.
BAKI, 10 may — Sputnik. Çərşənbə axşamı Ermənistan polisi Yerevanda keçirilən müxalifətin yürüşünün onlarla iştirakçısını saxlayıb. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
Həbslər Yerevanın Qay küçəsindəki Meqamol binasından yürüşə başlayan müxalifət tərəfdarlarının yolayrıclarından birini bağlamasından sonra başlayıb. Onlarla ən fəal etirazçı sərt şəkildə saxlanılaraq məhbusların daşınması üçün olan nəqliyyat vasitəsinə yerləşdirilib. Bəzi yürüş iştirakçıları saxlanılanlarıları xilas etməyə çalışsalar da, polis onlara imkan verməyib.
Həbslərdən sonra yolayrıcları açılıb və yürüş davam edib.
Aprelin 25-dən etibarən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir. Etirazçılar əmindirlər ki, hakimiyyətin siyasəti ölkə dövlətçiliyini itirməklə hədələyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Протесты в Ереване, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.05.2022
DÜNYA XƏBƏRLƏRİ
İrəvanda Paşinyanın istefası tələb edilir: müxalifət Ermənistanın dağılacağından qorxur
Xəbər lenti
0