https://sputnik.az/20220501/revanda-pasinyanin-istefasi-teleb-edilir-muxalifet-ermenistanin-dagilacagindan-qorxur-441593875.html
İrəvanda Paşinyanın istefası tələb edilir: müxalifət Ermənistanın dağılacağından qorxur
İrəvanda Paşinyanın istefası tələb edilir: müxalifət Ermənistanın dağılacağından qorxur
Sputnik Azərbaycan
Mitinq iştirakçıları hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün... 01.05.2022, Sputnik Azərbaycan
2022-05-01T17:31+0400
2022-05-01T17:31+0400
2022-05-01T17:35+0400
dünya xəbərləri
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
yerevan
irəvan
robert köçəryan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/19/426317442_0:144:3129:1904_1920x0_80_0_0_7790dbb6eeacd1be80d62c60ff1172d4.jpg
BAKI, 1 may — Sputnik. Mayın 1-də İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının böyük mitinqi başlayıb.Mitinq Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.Mitinqçilər qarşısında çıxış edən parlamentin müxalif "Ermənistan" fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan bildirib ki, aksiya iştirakçıları artıq indiki rəhbərliyin mandatının olmadığını sübut ediblər."İndi biz sübut etməliyik ki, onun səlahiyyəti yoxdur", - Saqatelyan bildirib.Ermənistan müxalifəti aprelin 25-dən bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub. Müxalifətçilərdən ibarət aksiyaçıların dəstələri İcevan və Tiqranaşen şəhərlərindən paytaxt İrəvana yollanıblar. Onlar mayın 1-də paytaxtdakı mitinqçilərə qoşulublar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
yerevan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/19/426317442_198:0:2929:2048_1920x0_80_0_0_273410ff6b2aa33fbbd81684a6477a43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, yerevan, irəvan, robert köçəryan
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, yerevan, irəvan, robert köçəryan
İrəvanda Paşinyanın istefası tələb edilir: müxalifət Ermənistanın dağılacağından qorxur
17:31 01.05.2022 (Yenilənib: 17:35 01.05.2022) Mitinq iştirakçıları hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır.
BAKI, 1 may — Sputnik. Mayın 1-də İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının böyük mitinqi başlayıb.
Mitinq Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.
Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.
Mitinqçilər qarşısında çıxış edən parlamentin müxalif "Ermənistan" fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan bildirib ki, aksiya iştirakçıları artıq indiki rəhbərliyin mandatının olmadığını sübut ediblər.
"İndi biz sübut etməliyik ki, onun səlahiyyəti yoxdur", - Saqatelyan bildirib.
Ermənistan müxalifəti aprelin 25-dən bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Müxalifətçilərdən ibarət aksiyaçıların dəstələri İcevan və Tiqranaşen şəhərlərindən paytaxt İrəvana yollanıblar. Onlar mayın 1-də paytaxtdakı mitinqçilərə qoşulublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.