Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Finlandiya şirkəti Çindən başlayan və Azərbaycandan keçən marşrutu işə salır

© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidYük qatarı, arxiv şəkli
Yük qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
Dəmir yolu və dəniz nəqliyyatını birləşdirən Transxəzər marşrutu müasir nəqliyyat zəncirlərinin ehtiyaclarına ideal şəkildə uyğun gəlir.
BAKI, 10 may - Sputnik. Finlandiyanın "Nurminen Logistics" şirkəti Çindən başlayan və Rusiyadan keçən ilk konteyner marşrutunun istifadəyə verildiyini elan edib.
"Yeni Cənubi Transxəzər marşrutu üzrə "Nurminen Logistics"in ilk tam ölçülü konteyner qatarı bu gün, 2022-ci il mayın 10-da Çinin Çonqinq şəhərindən yola düşüb. Marşrut Çindən başlayır və Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək Mərkəzi Avropaya gedir”, - deyə Nurminen-in açıqlamasında bildirilir.
Xəbərdə o da deyilir ki, şirkət Qazaxıstan dəmir yolları ilə birlikdə marşrutu iki ay ərzində sıfırdan inşa edib:
"Dəmir yolu və dəniz nəqliyyatını birləşdirən Transxəzər marşrutu müasir nəqliyyat zəncirlərinin ehtiyaclarına ideal şəkildə uyğundur, burada vaxt və dayanıqlıq əsasdır; Çindən Mərkəzi Avropaya daşınma müddəti okean daşımalarından təxminən üç dəfə azdır," - deyə məlumatda qeyd olunur.
"Yeni marşruta tələbat yüksəkdir və ilk qatar artıq dolub. Mayın 25-də yola düşəcək növbəti qatar da demək olar ki, dolub, az yer satılmamış qalıb. İyun ayından etibarən hər həftə qatarların yola düşməsi planlaşdırılır,” - deyə şirkət bildirir.
Qeyd edək ki, "Nurminen Logistics" 1886-cı ildə qurulmuş yüksək keyfiyyətli terminal və multimodal xidmətlər təklif edən, Asiya ilə Skandinaviya arasında yük daşımaları bazarında aparıcı dəmir yolu operatoru olan Finlandiya şirkətidir.
Transxəzər marşrutu layihəsi haqqında
Transxəzər marşrutu (TMTM/Orta Dəhliz) 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstandan dəniz və dəmir yolu daşımaları sahəsində fəaliyyət göstərən müəssisələrin iştirakı ilə yaradılmışdır. Ümumilikdə 11 min km-lik marşrut Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə yüklərin Avropaya çatdırılması üçün nəzərdə tutulub.
Marşrutun ən dar nöqtələrində minimum yük ötürmə qabiliyyəti ildə 4,5-5 milyon ton təşkil edir. Maksimum ötürmə qabiliyyəti ildə 27 milyon tona çata bilər.
Cari ilin yanvar-mart aylarında marşrut üzrə 266,3 min ton yük daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur.
Göstərilən dövr ərzində konteyner daşımalarının həcmi 5847 TEU (iyirmi fut ekvivalent/(TEU)) təşkil edib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 19% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yük daşımaları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.05.2022
İQTİSADİYYAT
Transxəzər marşrutu Bakının tranzit rolunu gücləndirəcək - Baş katib
Xəbər lenti
0