Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Transxəzər marşrutu Bakının tranzit rolunu gücləndirəcək - Baş katib

© Photo : Maja Nikolic / RFE/RLYük daşımaları, arxiv şəkli
Yük daşımaları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Eksklüziv
Transxəzər Marşrutunun baş katibi Qaydar Abdikerimov Azərbaycan və Qazaxıstanın beynəlxalq nəqliyyat marşrutunun imkanlarının artırılması istiqamətində hansı işlərin görüldüyünü bildirib.
BAKI, 4 may - Sputnik. Dünyada yaranmış gərgin geosiyasi vəziyyətlə əlaqədar hava nəqliyyatında problemlər yarandıqdan sonra nəqliyyat-logistika dəhlizlərinin rolu xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Dəmir yolu, dəniz və avtomobil yolu ilə yerüstü çatdırılmalar qlobal təchizat zəncirlərinin pozulmasının qarşısını alır və logistika xərclərini azaldır.
Hazırda Çindən Avropaya mühüm təchizat marşrutlarından biri də Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə malların Avropaya çatdırılması üçün nəzərdə tutulmuş Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (ТМТМ/Middle Corridor).
Rəqəmlər də Transxəzər İTC-də iş yükünün artdığını göstərir. Belə ki, “NC Kazakhstan Temir Zholy” şirkətinin məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında marşrut üzrə 266,3 min ton yük daşınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 123% çoxdur. Göstərilən dövr ərzində konteyner daşımaları 5847 iyirmi fut ekvivalenti (TEU) təşkil edib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 19% çoxdur.
© Sputnik / Murad OrujovQaydar Abdikərmiov
Qazaxıstan Dəmir yolları regional nümayəndəliyinin rəhbəri Qaydar Abdikərmiov - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Qaydar Abdikərmiov
Regionun tranzit rolu artır
TMTM Assosiasiyasının baş katibi Qaydar Abdikerimov Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində bildirib ki, bu gün marşrutda yük kəskin şəkildə artıb. Bu baxımdan TMTM-də iştirak edən regional ölkələrin qlobal zəncirdə rolu artıb.
“Bu yaxınlarda Azərbaycan prezidenti yeni bərəni ("Zərifə Əliyeva" bərəsi, red.) istifadəyə verdi. Bizim üçün gözəl hadisədir, çünki bu, ötürmə qabiliyyəti baxımından imkanlarımızı genişləndirəcək”, - deyə Abdikərimov bildirib.
Onun sözlərinə görə, Transxəzər marşrutunda iştirak edən ölkələr tərəfindən atılan belə mərhələli addımlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, Mərkəzi Asiya ölkələri, Çin və Cənubi Avropa ölkələrinin tranzit rolunu gücləndirir.
“Marşrut əvvəlcə Çin yüklərinin Cənubi Avropa ölkələrinə tranziti üçün nəzərdə tutulmuşdu. Beləliklə, bu gün biz bu istiqamətdə işləyirik”, - deyə TMTM-nin baş katibi bildirib.
Abdikərimov onu da qeyd edib ki, bu gün Transxəzər marşrutunun uzunluğu çox böyük şaxələnmə ilə 11 min km-dən çoxdur. Eyni zamanda, marşrutun hər bir hissəsində müxtəlif ötürmə imkanları mövcuddur.
“Bəzi hissələrdə ötürücülük ildə təxminən 17 milyon tona, hətta haradasa 23 və 27 milyon ton yükə çatır. Bütövlükdə götürsək, darboğaza görə, bu gün hardasa ildə 4,5-5 milyon ton yük gedir”, – deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
TMTM-in genuişləndirilməsi üçün Azərbaycan və Qazaxıstan birgə müəssisəsi
Abdikərimovun sözlərinə görə, hazırda marşrutun imkanlarını tədricən genişləndirmək üçün Azərbaycan və Qazaxıstan arasında birgə müəssisənin (BM) yaradılması istiqamətində sistemli iş aparılır.
“Biz bunu 2023-cü ilə planlaşdırmışıq, bu istiqamətdə indi müəyyən işlər görürük və onlar haqqında məlumat gələn il elan olunacaq”, - deyə o bildirib.
Bu birgə müəssisə təsərrüfat subyekti kimi çıxış edəcək və Transxəzər marşrutu üzrə daşımaları həyata keçirəcək vahid tranzit operatoruna çevriləcək.
İndi bu müştərək müəssisənin konsepsiyası və biznes modeli hələ müəyyənləşdirilir, ümumi baxış var, lakin bu barədə ətraflı danışmaq hələ tezdir, - deyə Abdikerimov bildirib.
“Biz indi iştirakçı ölkələrin tranzit, ixrac, idxal və daşıma sferasına nəzarət edən bütün dövlət orqanlarını sinxronlaşdırmaq üçün yol xəritəsi hazırlayırıq. Hazırda isə biz bütün əməliyyatları uyğunlaşdırmağa çalışırıq ki, daşınma üçün sənədləşmə işlərinə çox vaxt itirməyək”, - TMTM-nin baş katibi fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0