https://sputnik.az/20220510/bu-gun-avroviziya-2022-mahni-musabiqesinin-ilk-yarimfinali-baslayir-441792393.html
Bu gün "Avroviziya 2022" mahnı müsabiqəsinin ilk yarımfinalı başlayır
Bu gün "Avroviziya 2022" mahnı müsabiqəsinin ilk yarımfinalı başlayır
Sputnik Azərbaycan
Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq. Müsabiqə İctimai... 10.05.2022, Sputnik Azərbaycan
2022-05-10T14:38+0400
2022-05-10T14:38+0400
2022-05-10T14:38+0400
"avroviziya" mahnı müsabiqəsi
dünya xəbərləri
musiqi
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441779654_0:77:3077:1808_1920x0_80_0_0_22ede1290863e9c95f1d43b6a36c50bd.jpg
BAKI, 10 may — Sputnik. Bu gün İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə 66-cı "Avroviziya" mahnı müsabiqəsinə start veriləcək. Avropa Yayım Birliyi (EBU) və İtaliyanın "Rai" televiziya kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı musiqi tədbirində bu il 40 ölkə iştirak edir. Bu 40 ölkənin 35-i yarımfinallarda yarışacaq.Bu gün keçiriləcək "Avroviziya 2022"nin ilk yarımfinalında 17 ölkə - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistan yarışacaq.İkinci yarımfinal mayın 12-də keçiriləcək və Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar.Yarımfinallarda ilk 10-luğa daxil olmağı bacaran ölkələr finalda mübarizə aparacaqlar. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Final isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico"da keçiriləcək.Qeyd edək ki, "Avroviziya 2022"də Azərbaycan təmsilçisi Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək. Mahnı müsabiqəsində iştirakçılara Azərbaycandan münsiflər tərəfindən veriləcək səsləri "İctimai TV"nin aparıcısı Nərmin Salmanova elan edəcək. O, finalda iştirakçıların taleyini həll edəcək jüri ballarını səsləndirəcək. Şüarı "The Sound of Beauty" ("Gözəlliyin Səsi") olan builki musiqili yarışmanın Azərbaycan üzrə şərhçisi müğənni, bəstəkar Murad Arif olacaq.Xatırladaq ki, "Avroviziya" mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçirilir. İtaliya "Zitti e buona" mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə ötən il "Eurovision" müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi edəcək.2021-ci ildə dünyanın ən böyük canlı musiqi tədbirini 190 milyonadək izləyici istər televiziya ekranlarında, istərsə də onlayn formada izləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220429/eldar-qasimov-da-avroviziya-musabiqesine-qatilacaq-441536580.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441779654_346:0:3077:2048_1920x0_80_0_0_cab842c3ef5fae4a887404e173c5d1c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
"avroviziya" mahnı müsabiqəsi, musiqi, mədəniyyət
"avroviziya" mahnı müsabiqəsi, musiqi, mədəniyyət
Bu gün "Avroviziya 2022" mahnı müsabiqəsinin ilk yarımfinalı başlayır
Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq. Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.
BAKI, 10 may — Sputnik. Bu gün İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə 66-cı "Avroviziya" mahnı müsabiqəsinə start veriləcək. Avropa Yayım Birliyi (EBU) və İtaliyanın "Rai" televiziya kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı musiqi tədbirində bu il 40 ölkə iştirak edir. Bu 40 ölkənin 35-i yarımfinallarda yarışacaq.
Bu gün keçiriləcək "Avroviziya 2022"nin ilk yarımfinalında 17 ölkə - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistan yarışacaq.
İkinci yarımfinal mayın 12-də keçiriləcək və Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar.
Yarımfinallarda ilk 10-luğa daxil olmağı bacaran ölkələr finalda mübarizə aparacaqlar. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Final isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico"da keçiriləcək.
Qeyd edək ki, "Avroviziya 2022"də Azərbaycan təmsilçisi Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək. Mahnı müsabiqəsində iştirakçılara Azərbaycandan münsiflər tərəfindən veriləcək səsləri "İctimai TV"nin aparıcısı Nərmin Salmanova elan edəcək. O, finalda iştirakçıların taleyini həll edəcək jüri ballarını səsləndirəcək. Şüarı "The Sound of Beauty" ("Gözəlliyin Səsi") olan builki musiqili yarışmanın Azərbaycan üzrə şərhçisi müğənni, bəstəkar Murad Arif olacaq.
Xatırladaq ki, "Avroviziya" mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçirilir. İtaliya "Zitti e buona" mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə ötən il "Eurovision" müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
2021-ci ildə dünyanın ən böyük canlı musiqi tədbirini 190 milyonadək izləyici istər televiziya ekranlarında, istərsə də onlayn formada izləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.