Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Eldar Qasımov da "Avroviziya" müsabiqəsinə qatılacaq

© Photo : Courtesy of Eldar GasyimovEldar Qasımov
Eldar Qasımov - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Abunə olmaq
2011-ci ildə Azərbaycanı "Avroviziya" Mahnı Müsabiqəsində təmsil edən Eldar Qasımov "Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək sənətçini dəstəkləməyə gedəcək.
BAKI, 29 aprel — Sputnik.
2011-ci ildə Azərbaycanı "Avroviziya" Mahnı Müsabiqəsində təmsil edən Eldar Qasımov İtaliyanın Turin şəhərinə yola düşəcək. Tanınmış musiqiçi "Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Nadir Rüstəmlinin ustadı kimi onu dəstəkləməyə gedəcək.
Qeyd edək ki, Nadir Rüstəmli "Avroviziya-2022" beynəlxalq yarışmasında "Fade to black" mahnısını ifa edəcək.
Proqnozlara görə, Nadir ikinci yarımfinaldan finala keçəcək. Onu da bildirək ki, "Avroviziya-2022" mahnı müsabiqəsinin məşqlər cədvəli ictimaiyyətə təqdim olunub. İlk məşq aprel ayının 30-da Albaniya ilə start götürəcək. Daha sonra isə çıxış sıralamasına uyğun olaraq digər ölkələr də Turin səhnəsində ilk çıxışlarını edəcək.
Ölkəmizi təmsil edən Nadir Rüstəmli isə 2 may tarixində Bakı vaxtilə təxminən saat 14:00-da ilk məşqi üçün səhnəyə çıxacaq.
Nəhayət, 9 mayda ilk yarımfinal iştirakçıları üçün ailə şousu, geyim məşqləri və jüri yarımfinalı baş tutacaq. 11 mayda isə eyni proqram ikinci yarımfinal üçün baş tutacaq. Böyük final məşqləri və münsif finalı 13 mayda baş tutacaq.
Yarımfinalistlərin ikinci məşqi 4 mayda başlayıb 6 mayda bitəcək. 7 maydan etibarən isə birbaşa finalçılar öz məşqini edəcək.
Xatırladaq ki, E.Qasımov həmkarı Nigar Camalla birlikdə 2011-ci ildə "Running Scared" mahnısı ilə Azərbaycana qələbə qazandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Printerdə çap edilmiş dörd metrlik Avroviziya mikrofonu - Sputnik Azərbaycan, 1920, 25.04.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan təmsilçisi "Avroviziya-2022"də geriyə doğru addımlayır - VİDEO
Xəbər lenti
0