Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

© Photo : Milli Majlis of the Republic of AzerbaijanSahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb
Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
Azərbaycan parlamentinin spikeri İsveçrə Konfederasiyasına səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə görüşəcək.
BAKI, 9 may - Sputnik. Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib.
Milli Məclisdən verilən xəbərə görə, Sürix hava limanında nümayəndə heyətini İsveçrə Parlamentinin Protokol Xidmətinin rəhbəri Filip Barezvil, ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sahibə Qafarova və Salome Zurabişvili - Sputnik Azərbaycan, 1920, 19.04.2022
SİYASƏT
Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşüb
Xəbər lenti
0