https://sputnik.az/20220419/sahibe-qafarova-gurcustan-prezidenti-ile-gorusub-441246896.html
Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşüb
Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşüb
Sputnik Azərbaycan
Dövlət rəsmiləri diasporların fəaliyyəti barədə fikir mübadiləsi aparıb, iki ölkənin parlamentləri arasındakı sıx münasibətlərin qurulmasını qeyd ediblər. 19.04.2022, Sputnik Azərbaycan
2022-04-19T22:33+0400
2022-04-19T22:33+0400
2022-04-19T22:33+0400
siyasət
sahibə qafarova
salome zurabişvili
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/13/441243885_0:26:851:504_1920x0_80_0_0_4d96709a9731b4c108cc7510cf94ecf0.jpg
BAKI, 19 aprel - Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova aprelin 19-da Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Milli Məclisin sədrini Gürcüstanda salamlamaqdan məmnunluğunu bildirən Prezident Salome Zurabişvili belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən Gürcüstanın dövlət başçısı parlamentlər arasındakı sıx münasibətlərin qurulmasına görə təşəkkürünü bildirib. O, Gürcüstanın və Azərbaycanın hər zaman beynəlxalq müstəvidə bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.Söhbət zamanı xanım Salome Zurabişvili diasporların fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycana sülh və sabitlik arzularını ifadə edib.Milli Məclisin sədri Sahibə Qafarova nümayəndə heyətinə göstərilən qonaqpərvər münasibətə görə təşəkkürünü bildirib. Spiker qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik.Azərbaycan Milli Məclisinin sədri diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu dostluq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Ötən illər ərzində Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır.Sahibə Qafarova iki qonşu və dost ölkə arasında İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, Gürcüstan Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısıdır.İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan spiker diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında qanunverici orqanların özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurla əməkdaşlıq edirlər.Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında danışaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb.Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub və hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün azad edilmiş əraziləri minalardan təmizləyir, bərpa edir. Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda bütün kommunikasiyaların bərpa olunması və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təkliflər verib. Ümid edirik ki, tezliklə iki ölkə arasında sülh sazişinin imzalanması bütün regionun inkişafına və çiçəklənməsinə böyük töhfə verəcəkdir.Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220419/her-iki-terefin-razilasmalara-riayet-etmesi-muhum-ehemiyyet-kesb-edir---lham-eliyev-441240311.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/13/441243885_71:0:778:530_1920x0_80_0_0_aff4886285221c955b2179dd2be4272e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibə qafarova, salome zurabişvili, görüş
sahibə qafarova, salome zurabişvili, görüş
Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşüb
Dövlət rəsmiləri diasporların fəaliyyəti barədə fikir mübadiləsi aparıb, iki ölkənin parlamentləri arasındakı sıx münasibətlərin qurulmasını qeyd ediblər.
BAKI, 19 aprel - Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova aprelin 19-da Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Milli Məclisin sədrini Gürcüstanda salamlamaqdan məmnunluğunu bildirən Prezident Salome Zurabişvili belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.
Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən Gürcüstanın dövlət başçısı parlamentlər arasındakı sıx münasibətlərin qurulmasına görə təşəkkürünü bildirib. O, Gürcüstanın və Azərbaycanın hər zaman beynəlxalq müstəvidə bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.
Söhbət zamanı xanım Salome Zurabişvili diasporların fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycana sülh və sabitlik arzularını ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova nümayəndə heyətinə göstərilən qonaqpərvər münasibətə görə təşəkkürünü bildirib. Spiker qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik.
Azərbaycan Milli Məclisinin sədri diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu dostluq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Ötən illər ərzində Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır.
Sahibə Qafarova iki qonşu və dost ölkə arasında İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, Gürcüstan Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısıdır.
İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan spiker diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında qanunverici orqanların özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurla əməkdaşlıq edirlər.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında danışaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub və hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün azad edilmiş əraziləri minalardan təmizləyir, bərpa edir. Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda bütün kommunikasiyaların bərpa olunması və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təkliflər verib. Ümid edirik ki, tezliklə iki ölkə arasında sülh sazişinin imzalanması bütün regionun inkişafına və çiçəklənməsinə böyük töhfə verəcəkdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.