https://sputnik.az/20220509/eurovisionda-azerbaycandan-sesleri-elan-edecek-sexsin-adi-aciqlanib-441774677.html
“Eurovision”da Azərbaycandan səsləri elan edəcək şəxsin adı açıqlanıb
“Eurovision”da Azərbaycandan səsləri elan edəcək şəxsin adı açıqlanıb
Sputnik Azərbaycan
Builki beynəlxalq mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10-da və 12-də, final isə mayın 14-də olacaq. 09.05.2022, Sputnik Azərbaycan
2022-05-09T18:47+0400
2022-05-09T18:47+0400
2022-05-09T19:31+0400
mədəniyyət
eurovision
"eurovision"
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441775349_0:455:1000:1018_1920x0_80_0_0_a7641376794ba45d7764dd0682432df3.jpg
BAKI, 9 may - Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.İTV-dən verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.Qeyd edək ki, yarımfinal mərhələləri mayın 10-da və 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq. Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220429/eldar-qasimov-da-avroviziya-musabiqesine-qatilacaq-441536580.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/09/441775349_0:448:1000:1198_1920x0_80_0_0_b0e5b3e3dde628f2b7dd8196fc251a47.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
eurovision, "eurovision"
“Eurovision”da Azərbaycandan səsləri elan edəcək şəxsin adı açıqlanıb
18:47 09.05.2022 (Yenilənib: 19:31 09.05.2022) Builki beynəlxalq mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10-da və 12-də, final isə mayın 14-də olacaq.
BAKI, 9 may - Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.
İTV-dən verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.
Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.
Qeyd edək ki, yarımfinal mərhələləri mayın 10-da və 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.
Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq. Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.