https://sputnik.az/20220509/azerbaycan-premyer-liqasinda-xxvi-turu-bu-gun-yekunlasir-441759289.html
Azərbaycan Premyer Liqasında XXVI turu bu gün yekunlaşır
Azərbaycan Premyer Liqasında XXVI turu bu gün yekunlaşır
Sputnik Azərbaycan
Turun son oyununda "Qəbələ" evdə "Neftçi" ilə qarşılaşacaq. II sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş onlar üçün formal xarakter... 09.05.2022, Sputnik Azərbaycan
2022-05-09T11:36+0400
2022-05-09T11:36+0400
2022-05-09T11:36+0400
idman
futbol
futbol üzrə azərbaycan premyer liqası
https://cdnn1.img.sputnik.az/img/07e5/01/15/426024766_0:0:1000:563_1920x0_80_0_0_190ba7fe0c1bfa5973a8db3f437761d7.jpg
BAKI, 9 may - Sputnik. Mayın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. Son oyun günündə 2 qarşılaşma keçiriləcək.Azərtac-ın xəbərinə görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Şamaxı" arasında olacaq. Hazırda əyalət təmsilçisi 21 xalla 6-cı, "gənclik şəhəri" klubu isə 15 xalla 7-ci pillədə yer alıb.Komandalar indiyədək Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunların 10-da meydan sahibləri, 17-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti də "Şamaxı"nın xeyrinədir - 55:39.Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlməyib. “Sumqayıt” klubu 6 matçdır meydanı qolsuz tərk etmir.Turun son oyununda "Qəbələ" evdə "Neftçi"ni qəbul edəcək. 50 xalla 2-ci sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş bu komanda üçün formal xarakter daşıyacaq. Otuz səkkiz xalla 5-ci olan "qırmızı-qaralar" isə avrokuboklara lisenziya şansını saxladığından ən azı uduzmamağa çalışacaq.İki kollektiv daha əvvəl ölkə çempionatında 54 dəfə üz-üzə gəlib. Əyalət klubu 65, paytaxt təmsilçisi 82 qələbəyə sevinib. Topların fərqində də qonaqlar üstündür - 82:65. Qəbələdəki son iki oyun heç-heçə ilə bitib. “Neftçi” 12 oyundur uduzmur və 19 matçdır meydandan qolsuz ayrılmır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/15/426024766_71:0:859:591_1920x0_80_0_0_052ae1719ca39f8c5511abfa4fa57e05.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, futbol üzrə azərbaycan premyer liqası
futbol, futbol üzrə azərbaycan premyer liqası
Azərbaycan Premyer Liqasında XXVI turu bu gün yekunlaşır
Turun son oyununda "Qəbələ" evdə "Neftçi" ilə qarşılaşacaq. II sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş onlar üçün formal xarakter daşıyır.
BAKI, 9 may - Sputnik. Mayın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. Son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Azərtac-ın xəbərinə görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Şamaxı" arasında olacaq. Hazırda əyalət təmsilçisi 21 xalla 6-cı, "gənclik şəhəri" klubu isə 15 xalla 7-ci pillədə yer alıb.
Komandalar indiyədək Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunların 10-da meydan sahibləri, 17-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti də "Şamaxı"nın xeyrinədir - 55:39.
Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlməyib. “Sumqayıt” klubu 6 matçdır meydanı qolsuz tərk etmir.
Turun son oyununda "Qəbələ" evdə "Neftçi"ni qəbul edəcək. 50 xalla 2-ci sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş bu komanda üçün formal xarakter daşıyacaq. Otuz səkkiz xalla 5-ci olan "qırmızı-qaralar" isə avrokuboklara lisenziya şansını saxladığından ən azı uduzmamağa çalışacaq.
İki kollektiv daha əvvəl ölkə çempionatında 54 dəfə üz-üzə gəlib. Əyalət klubu 65, paytaxt təmsilçisi 82 qələbəyə sevinib. Topların fərqində də qonaqlar üstündür - 82:65. Qəbələdəki son iki oyun heç-heçə ilə bitib. “Neftçi” 12 oyundur uduzmur və 19 matçdır meydandan qolsuz ayrılmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.