Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula-1-lə bağlı paytaxtın bu küçələrində hərəkət məhdud olacaq

© Sputnik / Murad OrujovBakıda Formula-1 yarışı
Bakıda Formula-1 yarışı - Sputnik Azərbaycan, 1920, 08.05.2022
Abunə olmaq
Formula-1-lə əlaqədar Azneft dairəsindən “Abşeron Mariott”-a qədər hərəkət məhdudlaşdırılacaq.
BAKI, 8 may - Sputnik. Builki Formula-1 yarışlarına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) “Abşeron Mariott” otelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir.
Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.
Formula-1 Bakı yarışları paytaxtımızda 2016-cı ildən keçirilir. Bu il Formula-1 Bakı yarışları iyunun 10-12-si keçiriləcək.
Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilib. Azadlıq meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km (1.4 mi) dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0