Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rusiya idmançılarına tətbiq olunan sanksiyalara görə ürəyim parçalanır - UEFA prezidenti

© AFP 2022 / FRANCK FIFEПрезидент УЕФА Александр Цеферин
Президент УЕФА Александр Цеферин - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Aleksander Çeferin qeyd edib ki, Ukraynada gedən hərbi əməliyyatlar idmançıların müharibəsi deyil və bu səbəbdən onların əziyyət çəkməsi çox pisdir.
BAKI, 7 may - Sputnik. Rusiya idmançılarına qarşı tətbiq olunan sanksiyalara görə ürəyim parçalanır.
Bunu UEFA prezidenti Aleksander Çeferin Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.
Sloveniyalı funksioner vəziyyətin çətin olduğunu söyləyib:
"Biz başqa cür edə bilməzdik. Bu, idmançıların müharibəsi deyil. Bu səbəbdən onların əziyyət çəkməsi çox pisdir".
Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatlar nəticəsində məruz qaldığı sanksiyalar çərçivəsində UEFA İcraiyyə Komitəsi 2022/2023 mövsümü üçün bu ölkənin komandalarını yarışlardan kənarlaşdırıb (Report).
UEFA-nın Rusiya əleyhinə sanksiyaları
UEFA Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar aşağıdakılardır:
UEFA Millətlər Liqası 2022/2023
Rusiyanın əsas yığması UEFA Millətlər Liqasının B Liqasının 2-ci qrupunda mübarizə aparmayacaq və avtomatik olaraq, 4-cü yeri tutacaq. Nəticədə bu komanda qrup mərhələsinin sonunda B Liqasında sonuncu yerin sahibi kimi C Liqasına enəcək.
Qadınlar arasında AVRO-2022 (final turniri)
Rusiyanın qadınlardan ibarət yığması 6 - 31 iyulda İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək. C qrupunda bu komandanı pley-off mərhələsində məğlub etdiyi Portuqaliya əvəzləyəcək.
Qadınlar arasında 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsi
Rusiyanın qadınlardan ibarət yığması E qrupunda (Danimarka, Bosniya və Herseqovina, Malta, Azərbaycan) apreldə planlaşdırılmış 2 seçmə oyunu diskvalifikasiyası üzündən keçirməyib. Bu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.
21 yaşadək futbolçular arasında 2021 - 2023-cü il Avropa çempionatı
Rusiyanın U-21 yığması C qrupunda (İspaniya, Slovakiya, Malta, Litva və Şimali İrlandiya) martda planlaşdırılmış 2 seçmə oyunu diskvalifikasiyası üzündən keçirməyib. Bu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, C qrupunda 6 deyil, 5 komanda yer alacaq.
UEFA-nın klub turnirləri 2022/2023
UEFA Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, qadınlar arasında Çempionlar Liqası və Gənclər Liqası
Rusiyanın 2022/2023 mövsümündə UEFA-nın klub turnirlərində iştirakçısı olmayacaq. Kişi və qadınlar arasında klub yarışlarına buraxılma üzrə müvafiq siyahılar yarışlar barədə müvafiq əsasnamələrdəki prinsiplərə uyğun yenidən balanslaşdırılıb.
Bundan başqa Rusiya son 5 mövsümdə topladığı əmsal ballarından məhrum ediləcək.
Qadınlar arasında futzal üzrə 2022-ci il Avropa çempionatı (Final turniri)
Rusiya Portuqaliya, İspaniya və Ukrayna ilə birlikdə final turnirində iştirak etməyəcək. 1 - 3 iyulda Portuqaliyada təşkil olunacaq yarışda Rusiyanı əsas mərhələnin 1-ci qrupunda ikinci yeri tutmuş Macarıstan əvəzləyəcək.
Qadınlar arasında futzal üzrə 2022/2023 Avropa təsnifat mərhələsi
Rusiya Əsas mərhələnin 4-cü qrupunda ilkin mərhələdə ikinci yeri tutmuş ölkə ilə əvəzlənəcək.
Futzal üzrə 2022/2023 Çempionlar Liqası
Rusiyanın təmsilçisi olmayacaq.

Futzal üzrə 2024-cü il dünya çempionatı
Seçmə mərhələnin püşkatma mərasimində Rusiyanı ilkin mərhələdə 3-cü yeri tutmuş Norveç əvəzləyəcək.
2022/2023 yeniyetmələrin yarışları
Rusiyanın oğlan və qızlardan ibarət yığmaları 2022/2023 mövsümündə U-17 və U-19 Avropa çempionatlarında iştirak etməyəcək. Qruplarda 3 komandanın iştirakı ilə mini-turnir keçiriləcək.
UEFA Regionlar Kuboku
Rusiya ilkin mərhələdə 1-ci qrupda 2-ci yeri tutmuş komanda ilə əvəzlənəcək.
AVRO-2028 və AVRO-2032-yə namizədlik
UEFA İcraiyyə Komitəsi Rusiya Futbol İttifaqının sifariş ərizəsini müvafiq tələblərə uyğun olmadığı üçün rədd edib. Qitə futbol qurumu hüquqi və faktiki vəziyyətin yenidən qiymətləndirilməsi üçün gözləmə rejimində qalacaq.
Qeyd edək ki, fevralın 28-də Rusiya klubları və yığmaları UEFA bayrağı altında turnirlərdən kənarlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ФИФА и УЕФА - Sputnik Azərbaycan, 1920, 02.05.2022
İDMAN
UEFA Rusiya klublarını Avropadakı bütün futbol tədbirlərindən kənarlaşdırıb
Xəbər lenti
0