https://sputnik.az/20220507/azerbaycan-ordusunun-generallari-qarabagdaki-emeliyyat-seraitini-muzakire-edibler-441733570.html
Azərbaycan Ordusunun generalları Qarabağdakı əməliyyat şəraitini müzakirə ediblər
Azərbaycan Ordusunun generalları Qarabağdakı əməliyyat şəraitini müzakirə ediblər
Sputnik Azərbaycan
Müdafiə naziri müavinlərinə, qoşun növü komandanlarına, nazirliyin baş idarə, idarə və xidmət rəislərinə, həmçinin hərbi birlik komandirlərinə döyüş hazırlığı... 07.05.2022, Sputnik Azərbaycan
2022-05-07T15:17+0400
2022-05-07T15:17+0400
2022-05-07T15:51+0400
hərbi
müdafiə naziri zakir həsənov
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427839268_0:25:1001:588_1920x0_80_0_0_3dfdcd4474439311b348f53c8d1c72e8.jpg
BAKI, 7 may - Sputnik. Azərbaycan Ordusunun rəhbərliyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini müzakirə edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib.Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib.General-polkovnik Z.Həsənov döyüş hazırlığı tədbirləri, təlim və məşqlərin intensivliyinin artırılması ilə bağlı qoşun növü komandanlarına göstərişlər verib, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi, eləcə də təminat yollarının daim işlək vəziyyətdə saxlanılması barədə müvafiq tapşırıqları çatdırıb.Müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220507/azerbaycan-mudafie-nazirliyi-aksiya-elan-edib--441728290.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427839268_0:0:973:730_1920x0_80_0_0_8f7f455249729904ea15589c71bb7708.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə naziri zakir həsənov, müdafiə nazirliyi
müdafiə naziri zakir həsənov, müdafiə nazirliyi
Azərbaycan Ordusunun generalları Qarabağdakı əməliyyat şəraitini müzakirə ediblər
15:17 07.05.2022 (Yenilənib: 15:51 07.05.2022) Müdafiə naziri müavinlərinə, qoşun növü komandanlarına, nazirliyin baş idarə, idarə və xidmət rəislərinə, həmçinin hərbi birlik komandirlərinə döyüş hazırlığı tədbirlərinin artırılması ilə bağlı göstərişlər verib.
BAKI, 7 may - Sputnik. Azərbaycan Ordusunun rəhbərliyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini müzakirə edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib.
General-polkovnik Z.Həsənov döyüş hazırlığı tədbirləri, təlim və məşqlərin intensivliyinin artırılması ilə bağlı qoşun növü komandanlarına göstərişlər verib, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi, eləcə də təminat yollarının daim işlək vəziyyətdə saxlanılması barədə müvafiq tapşırıqları çatdırıb.
Müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.