Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Müdafiə Nazirliyi aksiya elan edib

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Müdafiə Nazirliyi əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edib.
BAKI, 7 may - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyasına start verib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda deyilir:
"Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik.
Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik.
Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.
Kitab hədiyyə etmək istəyənlər həftənin bazar ertəsi - cümə günləri saat 9⁰⁰-dan 17⁰⁰-dək Bakı şəhəri Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 144 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına müraciət edə bilər".
Sözügedən aksiya sentyabrın 1-dək davam edəcək. Aksiyada iştirak etmək istəyənlər +994 12 537 15 97 nömrəli telefon vasitəsilə əlaqə saxlaya bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0