DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Peskov: Polşa Ukraynanın ərazi bütövlüyünə təhlükə yaradır

© Sputnik / Сергей ГунеевRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 06.05.2022
Abunə olmaq
Anjey Duda Polşa ilə Ukraynanın ümumi güclərini birgə quraraq birlikdə yaşaya biləcəklərini deyib. Belarus Prezidentinin fikrinçə isə Polşa Qərbi Ukrayna ərazisinə iddia edir.
BAKI, 6 may — Sputnik. Polşa çoxdandır ki, dost deyil, son aylar isə düşmən olub. Onun Ukraynanın ərazi bütövlüyünə təhlükə ola biləcəyi faktdır. Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bu yaxınlarda Polşa Prezidenti Anjey Duda Polşa ilə Ukrayna arasındakı sərhədlərin artıq olmayacağını, həmçinin iki ölkənin xalqlarının ortaq xoşbəxtlik və ümumi güclərini birgə quraraq birlikdə yaşaya biləcəklərini söyləmişdi.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə açıqlamasında Rusiya, Ukrayna və Belarusun Qərbi Ukraynanı ələ keçirmək istəyən Polşaya qarşı döyüşməli olacaqlarını istisna etmədiyini bildirmişdi.
"Belarus prezidentinin bəyanatlarını şərh etməzdim. Son aylar Polşadan çox-çox düşmən ritorikası gəlir. Bu ritorika ənənəvi xarakter daşıyır və uzun müddətdir ki, dostluq xarakteri daşımır. Amma son aylarda düşmənçilik xarakteri alıb. Ukraynanın ərazi bütövlüyü üçün təhlükələrin Polşadan gələ biləcəyi faktı açıq-aşkardır. Xatırlayırsınızsa, bizim Xarici Kəşfiyyat Xidmətimizin rəhbərinin bu yaxınlarda verdiyi bəyanatda bu barədə danışılmışdı. Bunlar açıq-aşkar faktdır", - deyə Peskov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Peskov - Sputnik Azərbaycan, 1920, 27.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Peskov: Avropada yeni təhlükəsizlik arxitekturasından danışmaq çox çətindir
Xəbər lenti
0